Rusiyanın qeyri-müəyyən mövqeyi, İranın susqunluğu...

19:48 05-04-2024 | icon 181 | Siyasət
Rusiyanın qeyri-müəyyən mövqeyi, İranın susqunluğu...

Kamal Cəfərov: ”İranın susqunluğu Qərbi daha da həvəsləndirir”

 

“Brüssel görüşü bu gün Qərbin qeyri-səmimi olduğunu göstərir. Erməni xalqı Qərbin Ukraynaya verdiyi dəstəkdən dərs çıxarmalıdır”.

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Kamal Cəfərov deyib.

 

Deputat qeyd edib ki, 6 ay ərzində Ermənistan-Azərbaycan sərhədi özünün sakit dörünü yaşayır. Lakin Qərb, Avropa Ermənistan baş naziri ilə keçirilən görüşlə regionda gərginlik yaratmaq niyyətini ortaya qoyur:

 

“Görüşqabağı ABŞ-ın baş katibi Antoni Blinkinin Azərbaycan Prezidentinə zəng edərək bu görüşün Azərbaycana qarşı olmadığını, Ermənistanla iqtisadi əlaqələrə söykəndiyini desə də, bu ciddi qəbul oluna bilməz”.

 

Deputat Avopa İttifaqının, ABŞ-ın Ermənistanı iqtisadi dəstək adı ilə öz himayəsinə almasının Rusiyaya qarşı olduğunu deyib. Eyni zamanda qeyd edib ki, Rusiyanın məsələyə qeyri-müəyyən mövqeyi, İranın susqunluğu Qərbi Ermənistana dəstək adı ilə regiona daxil olmasında daha da həvəsləndirir.

 

LƏMAN
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Faiq Ağayevə SƏRT QADAĞA

Azad Xankəndinin ilk körpəsi ilə bağlı PAYLAŞIM