Baba Pünhanın vəfatından 20 il ötür

13:57 17-04-2024 | icon 222 | Cəmiyyət
Baba Pünhanın vəfatından 20 il ötür
 

Baba Pünhan ruh adamı idi. On üç yaşından şeir yazmağa başlasa da, ölkədə elə də tanınmırdı. Onu geniş oxucu kütləsinə ilk dəfə “ANS” kanalının “Qulp” verilişi tanıtdı. Hacı Mailin rəhbərlik etdiyi "Füzuli məclisi"nin üzvü idi. "Təzəpir" məscidində təşkil olunmuş yığıncaqda mükafatlar təltif olunarkən, “Füzuli məclisi”nin fəal iştirakçısı kimi "Paklıq" mükafatına layiq görülmüşdü...

 
 
1948-ci il noyabr ayının 5-də Bakı şəhərinin Kürdəxanı qəsəbəsində dünyaya göz açmışdı. Məhəmməd Əmin Rəsulzadə qəsəbəsindəki 99 saylı məktəbin 8-ci sinfini bitirib Bakı Rabitə Texnikumuna daxil olmuşdu. Oranı başa vurduqdan sonra Bakı Metropolitenində mexanik işləməyə başlamışdı və 25-il həmin yerdə işləmişdi...
Metroda işlədiyi ilk vaxtlarda "Metro" qəzetində kiçik həcmli şerləri və qəzəlləri çap olunub. Yaradıcılığa lirik qəzəllərlə başlasa da, nəzm formasında bir neçə poema, sərbəst şeir, məhəbbət ruhlu qəzəllər və bir neçə kitabı ondan yadigar qalıb...
 
 
 
Baba Punhan həm də imanlı adam idi, ibadətindən qalmazdı. 1997-ci ildə Məşhəd, 2000-ci ildə isə Həcc ziyarətlərində olmuşdu. 2004-cü il aprel ayının 17-də əlli altı yaşında ikən vəfat edib.
 
Sonda, şairin ömrünün son illərində qələmə aldığı “Bakının dərdi var” şeirini təqdim edib, ruhuna Allahdan rəhmət diləyirəm.
 
 
Yorğundur, yatmayır haçandan Bakı,
Doyub yad ellidən, qaçqından Bakı.
Üzülüb, öləcək acından Bakı,
Məğrur görünsə də o can üstədir,
Bakının dərdi var, Bakı xəstədir.
Yaltaqlar dəstəsi baş alıb gedir,
Qeyrət yavaş-yavaş boşalıb gedir,
Məktəbli qızlar da qaş alıb gedir,
Ərli də, ərsiz də bir həvəsdədir.
Bakının dərdi var, Bakı xəstədir.
Əsrlər itirdik illər içində,
Qanqallar bitirdik güllər içində,
Çaqqallar dolaşır ellər içində,
Aslanlar, pələnglər daş qəfəsdədir,
Bakının dərdi var, Bakı xəstədir.
O, Cıdır düzüyçün çadır ağlayır,
Çadır övladıyçün Cıdır ağlayır,
Namus itkin düşüb abır ağlayır,
Köməksiz qız-gəlin dəstə-dəstədir.
Bakının dərdi var, Bakı xəstədir.
Sən ey “Qız qalası” qalasan hələ?
Səni həmişə qız qalasan hələ.
Dərdini Pünhana qala sən hələ,
Ta ki, göz yollarda qulaq səsdədir,
Bakının dərdi var, Bakı xəstədir...
 
 
 
Elman Eldaroğlu

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Faiq Ağayevə SƏRT QADAĞA

Azad Xankəndinin ilk körpəsi ilə bağlı PAYLAŞIM