“Sülhməramlıların vəzifəsiz şəkildə qalması Rusiyanın maraqlarına uyğun deyil”
Ədalət Verdiyev: “2025-ci ilin noyabrına qədər bu proseslər tamamilə yekunlaşacaq”
“Rusiya hərbi kontingenti Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmişdi və münaqişə tərəfləri arasında atəşkəsə nəzarət etmək funksiyasını daşıyırdı. Azərbaycan ordusunun keçən ilin sentyabrında uğurla həyata keçirdiyi antiterror tədbirlərindən sonra ərazilərimiz separatçılardan təmzləndi və münaqişə tərəfi deyə anlayış qalmadığı üçün Rusiya hərbi kontingentinin yerinə yetirə biləcək funksiyası da aradan qalxdı”.
Versus.Az xəbər verir ki, bunu açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirib.
Ekspert qeyd edib ki, bu kontingentin Azərbaycanda vəzifəsiz şəkildə qalması Rusiyanın maraqlarına uyğun deyil:
“Buna görə də qoşunlar yavaş-yavaş Azərbaycan ərazilərindən çıxarılır. Lakin bu dəfə çıxarılan texnikaların sayı kifayət qədər böyük miqyasdadır. Rusiya böyük ehtimalla Xocalı ərazisində yerləşən texnikalarını da və burda qeyri-adi heç nə yoxdur. Çıxarılma prosesi aktiv fazadadır. 2025-ci ilin noyabrına qədər bu proseslər tamamilə yekunlaşacaq”.
LƏMAN
versus.az
Xəbər lenti
Manyak ƏLƏ KEÇDİ
O, Azərbaycanda azyaşlıya qarşı seksual zorakılıq edib