MEDİAdan jurnalistlər üçün MÜSABİQƏ

12:38 10-06-2024 | icon 285 | KİV
MEDİAdan jurnalistlər üçün MÜSABİQƏ

Medianın İnkişafı Agentliyi (MEDİA) jurnalistlər üçün müsabiqə elan edib.

 

Versus.Az xəbər verir ki, bu barədə MEDİA-dan məlumat verilib.

 

Müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada

mib.media.gov.az 

portalı vasitəsilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə təqdim edilir.

 

Müsabiqənin əsas şərti müsabiqə elan olunan günədək son 3 aylıq dövr ərzində dərc olunmuş və ya yayımlanmış materialı təqdim etməkdir.

 

Jurnalist müsabiqə elan olunan günədək son 3 (üç) aylıq dövr ərzində çap mediası və onlayn media subyektində dərc olunmuş hər hansı bir yazısını aşağıdakı nominasiyalardan yalnız biri üzrə müsabiqəyə təqdim edir:
 

– ən yaxşı reportaj;

– ən yaxşı ictimai-siyasi təhlil;

– ən yaxşı sosial-iqtisadi təhlil;

– ən yaxşı müsahibə;

– ən yaxşı mədəniyyət materialı;

– ən yaxşı köşə yazısı;

– ən yaxşı jurnalist araşdırması;

– ən yaxşı oçerk.
 

Jurnalist müsabiqə elan olunan günədək son 3 (üç) aylıq dövr ərzində audiovizual media subyektində yayımlanmış və həcmi (xronometrajı) ən çoxu 5 (beş) dəqiqə olan süjetini aşağıdakı nominasiyalardan yalnız biri üzrə müsabiqəyə təqdim edir:
 

– ən yaxşı ictimai-siyasi reportaj;

– ən yaxşı iqtisadi reportaj;

– ən yaxşı sosial reportaj;

– ən yaxşı mədəniyyət reportajı;

– ən yaxşı idman reportajı.
 

Materialların qiymətləndirilməsi Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən cəlb edilmiş 3 (üç) müstəqil ekspert tərəfindən həyata keçirilir.
 

Müsabiqənin yekununda yazılar üçün nəzərdə tutulmuş nominasiyaların hər biri üzrə 5 (beş) jurnalist, süjetlər üçün nəzərdə tutulmuş nominasiyaların hər biri üzrə isə 2 (iki) jurnalist və 2 (iki) operator qalib elan edilir və mükafatlandırılır.
 

Müsabiqəyə müraciət qəbulu 20 iyun 2024-cü il tarixinədək davam edəcək.
 

MEDİA – fərdi jurnalist müsabiqəsinin keçirilməsi qaydaları ilə buradan tanış ola bilərsiniz.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qurban ətini neçə müddət saxlamaq olar?

Vlada Axundovadan YENİ KLİP

Müəmmalı səfərlər, hərbi sazişlər, gizli toplantılar...

İsrail bəyan etdi...

Türkiyədə meşə yanğınları başlayıb

Ronaldu altıncı AÇ-yə qatıldı

DTX-nin ƏMƏLİYYATI

Qəbul imtahanına qeydiyyat başa ÇATDI

Onkoloji xəstələrin tibbi sığorta ilə müalicəsi…

Xırdalanda partlayış SƏSLƏRİ

Çimərlikdə kişilər qadınlara hücum ÇƏKDİLƏR

İnsanlarda qarpızla bağlı TƏRƏDDÜT

Putindən gözlənilməz açıqlama

Məktəb binası KÜL OLDU

Fillərin insanlarla daha bir ortaq DAVRANIŞI