Taksi bahalaşdı, marşrutların intervalı isə...

10:34 21-06-2024 | icon 318 | Sosial
Taksi bahalaşdı, marşrutların intervalı isə...

İyulun 1-dən taksilərlə bağlı yeni tələblərin qüvvəyə minəcəyi ilə bağlı artıq taksi şirkətləri indidən tədbirlər görməyə başlayıblar. Buna görə də təklif kəskin azalıb, tələb isə artıb. Bu, həm qiymətləri qaldırıb, eyni zamanda, taksilər də qəhətə çıxıb – sifariş verənlər uzun müddət gözləməyə məcbur olur.

 

Versus.Az xəbər verir ki, taksilərlə bağlı bu problem ictimai nəqliyyata axını artırsa da, burada da problem özünü göstərir. Belə ki, bəzi marşrut avtobuslarının intervalı 30-40 dəqiqəyə qalxır və səhər saatlarında ciddi narahatlıq yaranır. Xüsusən işə tələsənlər üçün bu, əhəmiyyətli problemə çevrilir.

 

Hazırda yay aylarıdır, ali və orta məktəblərdə tədris dayanıb, həmçinin məzuniyyət dövrüdür, işçilərin də sayı azalıb. Bu vəziyyətin məktəblər açılanda və insanlar məzuniyyətdən qayıdanda hansı sıxlığa və gərginliyə səbəb olacağını təsəvvür etmək çətin deyil.

 

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov saytımıza açıqlamasında bildirib ki, narazılıq edilən 3, 33 və digər marşrut avtobuslarının bu qədər gecikməsinin səbəbi günün pik saatlarında, yəni səhər və axşam avtobusun keçdiyi küçə və prospektlərdə müşahidə edilən nəqliyyat sıxlığıdır:

 

“Sıxlıq avtobusların hərəkətinə maneə yaradaraq intervalların artmasına səbəb olur. Məsələn, 3 nömrəli müntəzəm marşrutda sərnişin tələbatına uyğun olaraq 22 avtobus 5-6 dəqiqəlik intervalla fəaliyyət göstərir. Paytaxtın bəzi küçələrində aparılan təmir işləri və nəqliyyat vasitələrinin hərəkətinin həmin küçələrdə məhdudlaşdırılması səbəbindən 3 nömrəli avtobusun da cədvəl üzrə nizamlı fəaliyyətində pozuntular, hərəkət intervalında gecikmələr müşahidə edilir”.

 

Maraqlıdır, yayda, nəqliyyata daha az ehtiyac duyulan zaman sıxlıq səbəbindən gecikən marşrutlar payızda hansı intervalla işləyə biləcəklər?

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Milli inkişaf strategiyasının hazırlanması - TƏDBİR

Hərbi qulluqçumuz faciəli şəkildə öldü

Minimum əməkhaqqı və minimum pensiya ilə bağlı GÖSTƏRİŞ

Sürücülər niyə hələ də avtomobillərini səkidə park edirlər?

Nüsrət Kəsəmənlinin xanımı elə faktı AÇIQLADI Kİ...

Milli Məclisin sədri və müavinləri postuna namizədlərin ADLARI

İsraildən “Hizbullah”a yeni hücum dalğası

"Coker: İki nəfərlik dəlilik” - FİLM

Əminə Yusifqızının doğum günüdür

Azərbaycan dövləti və xalqının gücü...

Pensiya və maaşdan başqa bu ödənişlər də ARTA BİLƏR

FIDE-dən Rusiya və Belarus idmançıları ilə bağlı QƏRAR

Tələbələrə kredit veriləcək?

Növbəti tədris müəssisəsində geyim QALMAQALI

Qaşınma tez-tez rast gəlinən ŞİKAYƏTLƏRDƏNDİR