“Dəyişiklər bu siyasətin məntiqi davamı kimi qiymətləndirilməlidir"

13:19 22-10-2024 | icon 99 | Siyasət
“Dəyişiklər bu siyasətin məntiqi davamı kimi qiymətləndirilməlidir"

Azay Quliyev: “Bu, siyasi institutlara öz missiyalarını yerinə yetirmək üçün əlavə imkanlar yaradacaq”

 


“Müzakirəmizə təqdim olunan dəyişiklər də bu siyasətin məntiqi davamı kimi qiymətləndirilməlidir. Belə ki, bu dəyişiklər qanunvericilikdə mövcud boşluqların aradan qaldırılmasını, siyasi sistemin daha da təkmilləşdirilməsini və siyasi partiyaların fəaliyyətinin şəffaf və qanuni əsaslarla tənzimlənməsini nəzərdə tutur”.

 


Versus.Az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Azay Quliyev “Siyasi Partiyalar Haqqında” qanunda aparılan dəyişikliklərlə bağlı aparılan müzakirələr zamanı bildirib.

 


Deputat qeyd edib ki, Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərdən sonra Prezident İlham Əliyevin təşəbbüsü və tövsiyəsi ilə ölkənin inkişafında yeni siyasi konfiqurasiya, siyasi partiyalarla etimad və dialoq mühiti yaradıldı və “Siyasi Partiyalar haqqında” yeni Qanunun qəbul edilməsi ilə dövlət siyasətinin etibarlı hüquqi bazası formalaşdırıldı:

 


“Birincisi, hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyesteri haqqında qanunda dövlət qeydiyatına alındıqdan sonra fəaliyyət göstərən qurumların siyahısına siyasi partiyalar da əlavə olunur. İkinci, dəyişiklik dövlət reyestrində qeydə alınmış partiya üzvləri haqqında məlumatların aşkarlığı ilə bağlıdır. Yeni dəyişikliyə əsasən siyasi partiya üzvlərinin reyestri haqqında məlumatlarla hər kəsin tanış olmaq imkanı olmayacaq və üzvlər haqqında məlumatlar yalnız müvafiq sorğu əsasında qanunla müəyən edilmiş qurumlara təqdim olunacaq. Üçüncüsü, dəyişiklik partiyaların fəaliyyətində şəffaflıq və hesabatlılıq əmsalının artırılması haqqındadır. Belə ki, yeni dəyişikliyə əsasən bundan sonra Hesablama Palatası siyasi partiyaların da maliyyə fəaliyyətini yoxlaya biləcək. Bu da məntiqi yanaşmadır və məlum olduğu kimi, dünyanın bir çox ölkələrində dövlət büdcəsindən maliyyələşən partiyalara münasibətdə maliyyə nəzarət mexanizmləri tətbiq olunur”.

 


Deputat eyni zamanda vurğulayıb ki, “Siyasi Partiyalar haqqında Qanuna” əsasən gələn ildən etibarən ilk dəfə olaraq yalnız parlamentdə mandat əldə edən 11 partiya deyil, parlament seçkilərində iştirak edən bütün partiyalar da namizədlərinin topladıqları etibarlı səs sayına görə dövlət tərəfindən maliyyələşdiriləcəkdir. Onun sözlərinə görə, bu da digər 14 partiyanın dövlət büdcəsindən maliyyə alması deməkdir. Beləliklə, ölkədə fəaliyyət göstərən 26 siyasi partiyanın 25-i büdcədən maliyyə alacaqdır.

Deputat hesab edir ki, dövlətin bu addımı həm siyasi partiyaların maliyyə müstəqilliyinə töhvə verəcək, həm də hakimiyyətin dialoq siyasətinin nəticələrindən biri kimi siyasi institutlara öz missiyalarını yerinə yetirmək və təşkilatlanmaq üçün əlavə imkanlar yaradacaq.

 

LƏMAN
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı

Büdcədə sosial xərclər ARTIRILIR

Mədəniyyətimizin görkəmli nümayəndələrinin şəxsi əşyaları - TƏQDİMAT

Şərab zavodunda YANĞIN

Universitetlərdə bu fənlər LƏĞV OLUNMALIDIR

"YouTube"da YENİLİKLƏR

Taksi və avtobuslara yeni fərqlənmə nişanları verilib

Polis Akademiyasında yeni tədris korpusları İNŞA EDİLİB

İsveçrəyə ÇAĞIRIŞ

Bəzi ölkələrdən heyvan məhsullarının gətirilməsinə məhdudiyyət

Hindistan Ermənistanı silahlandırmağa davam edir

Xudafərinin azad olunmasından dörd il keçir
 

Gəncədə binada güclü PARTLAYIŞ

"Jurnalistika sahəsinə qeyri-peşəkarlar ayaq açıb"

"COP29 müddətində Bakı metrosu necə işləyəcək?