Azərbaycan boks millisinin yeni baş məşqçisi müəyyənləşdi

16:17 23-10-2024 | icon 36 | İdman
Azərbaycan boks millisinin yeni baş məşqçisi müəyyənləşdi

Azərbaycanın kişi boksçulardan ibarət millisinin yeni baş məşqçisi müəyyənləşib.

 

Bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb. Bildirilib ki, yığma ötən ildən qurumda texniki direktor kimi çalışan özbəkistanlı Ravşan Xocayevə tapşırılıb.

 

44 yaşlı yeni baş məşqçi Özbəkistanın boks üzrə idman ustasıdır. O, məşqçilik fəaliyyətinə 1998-ci ildə başlayıb. Karyerası ərzində Özbəkistan, Asiya, dünya və Olimpiya çempionları yetişdirib.

 

2016-2023-cü illərdə Özbəkistan Boks Federasiyasının Məşqçilər Şurasında çalışıb. Beynəlxalq Boks Assosiasiyasının 3 ulduz kateqoriyalı məşqçisi olan Xocayev, həmçinin Özbəkistan Respublikasının əməkdar məşqçisidir. "Dostluq Ordeni" ilə təltif olunub. 2016-cı ildə beynəlxalq mükafatın laureatı olub. Nəzəriyyə, metodika və idman üzrə professor elmi dərəcəsinə malikdir.

 

Qeyd edək ki, R.Xocayev bu postda müqaviləsi başa çatan kubalı Pedro Rokeni əvəzləyib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı

Büdcədə sosial xərclər ARTIRILIR

Şərab zavodunda YANĞIN

Universitetlərdə bu fənlər LƏĞV OLUNMALIDIR

"YouTube"da YENİLİKLƏR

Taksi və avtobuslara yeni fərqlənmə nişanları verilib

Polis Akademiyasında yeni tədris korpusları İNŞA EDİLİB

İsveçrəyə ÇAĞIRIŞ

Bəzi ölkələrdən heyvan məhsullarının gətirilməsinə məhdudiyyət

Xudafərinin azad olunmasından dörd il keçir
 

Gəncədə binada güclü PARTLAYIŞ

"COP29 müddətində Bakı metrosu necə işləyəcək?

"3+3" formatında xarici işlər nazirlərinin III görüşü keçiriləcək.

 

"İrəvan Gəncəyə raket hücumlarını araşdırmalıdır"

Milli Məclis Prezidenti və Vitse-prezidenti təbrik edib