"WhatsApp"da möhtəşəm FUNKSİYA

16:00 23-10-2024 | icon 467 | Maraqlı
"WhatsApp"da möhtəşəm FUNKSİYA

Çoxdan gözlənilən yeniləmə elan edildi

 

Populyar mesajlaşma tətbiqi "WhatsApp" kontaktların idarəedilməsi üsulunda çoxdan gözlənilən yeniləməni elan edib. Artıq istifadəçilər "WhatsApp Web" və "Windows" əməliyyat sistemi olan kompüterlər də daxil olmaqla istənilən cihazda təhlükəsiz şəkildə kontakt əlavə edə və redaktə edə biləcəklər.

 

"WhatsApp"ın bloqu yazır ki, əvvəllər bu imkan yalnız telefonlarda mövcud idi - istifadəçilər telefon nömrəsi və ya QR-kod istifadə edərək kontakt əlavə edə bilirdilər.

 

Bildirilir ki, yeni funksiya istifadəçiləri kontaktları telefon kitabçasında saxlamaq zərurətindən azad edir.

 

Tərtibatçılar bu yeniliyin xüsusilə ümumi cihazlardan istifadə edənlər, yaxud şəxsi və işgüzar yazışmaları müxtəlif "WhatsApp" hesablarında ayırmaq istəyənlər üçün faydalı olduğunu vurğulayıblar.

 

Bundan əlavə, birbaşa tətbiqə əlavə edilmiş kontaktları telefon itirildikdə və ya "WhatsApp"a başqa cihazdan daxil olduqda belə, bərpa etmək mümkün olacaq.

 

"WhatsApp" tərtibatçıları, həmçinin, kontaktları istifadəçi adı ilə saxlamaq və idarə etmək imkanı barədə gələcək planlarına işarə ediblər.

 

"Bunun sayəsində siz telefon nömrənizi açıqlamadan ünsiyyət qura biləcəksiniz, yazışmalarınız isə daha məxfi olacaq", - deyə bloqdan vurğulanıb.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP-un 29-cu konfransı üçün niyə Azərbaycan seçildi?

Bu müalicə də icbari tibbi sığortaya daxildir

Bu və növbəti şənbə tam iş GÜNÜDÜR

"COP29 dünya mətbatının diqqətindədir"

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

Dieqo tennis karyerasına məğlubiyyətlə başlayıb

COP29 iştirakçısının 3618-i jurnalistdir

"Neftçi" 4 oyunçusu ilə yollarını ayırdı

COP29-a qatılmaq istəməyənlərin əsl mahiyyəti

Redon Cica "Qarabağ"dan ayrılmaq istəyir

Məşhur şirkət 5 min nəfəri işdən ÇIXARIR

Sensasiyalı KƏŞF

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR