Azərbaycana yay fəsli GƏLDİ

09:00 21-06-2024 | icon 363 | Cəmiyyət
Azərbaycana yay fəsli GƏLDİ

Yay fəsli (yay Günəş duruşu) Azərbaycana iyunun 21-i saat 00:50:56-da daxil olub.

 

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirir və ya Günəş həmin gün günorta vaxtı üfüqdən maksimum hündürlükdə (Bakı üçün 73⁰.1) olur. Həmin gün ən uzun gündüz və ən qısa gecə yaşanır: gündüzün uzunluğu 15 saat 3 dəqiqə 23 saniyə, gecənin uzunluğu isə 8 saat 56 dəqiqə 37 saniyə olur. Günəşə qədər məsafə 152.025 milyon kilometr təşkil edir. On dörd gündən sonra isə – iyulun 5-i saat 09:06-da Yer orbitinin Günəşdən ən uzaq nöqtəsində – afelidə, Günəşə qədər məsafə isə 152.1 milyon kilometr olacaq.

 

Yay fəslinin uzunluğu 93 gün 15 saat 52 dəqiqə 40 saniyə təşkil edəcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı

Büdcədə sosial xərclər ARTIRILIR

Mədəniyyətimizin görkəmli nümayəndələrinin şəxsi əşyaları - TƏQDİMAT

Şərab zavodunda YANĞIN

Universitetlərdə bu fənlər LƏĞV OLUNMALIDIR

"YouTube"da YENİLİKLƏR

Taksi və avtobuslara yeni fərqlənmə nişanları verilib

Polis Akademiyasında yeni tədris korpusları İNŞA EDİLİB

İsveçrəyə ÇAĞIRIŞ

Bəzi ölkələrdən heyvan məhsullarının gətirilməsinə məhdudiyyət

Hindistan Ermənistanı silahlandırmağa davam edir

“COP 29 ərəfəsində hərbi təxribatın törədiləcəyi istisna edilmir”

Xudafərinin azad olunmasından dörd il keçir
 

Gəncədə binada güclü PARTLAYIŞ

Dövlət komitəsi ilə bağlı QƏRAR