Ordumuza qarşı xain PLAN

10:15 21-06-2024 | icon 365 | Siyasət
Ordumuza qarşı xain PLAN

Sülh danışıqları ərəfəsində Ermənistanın yenidən silahlanma prosesini artırdığını bu dəfə daha müasir texnika hesab edilən “Sezar” artilleriyaları aldığının şahidi oluruq. Bu da öz növbəsində bir çox sualların yaranmasına səbəb olur.

 

Azərbaycan Fransanın İrəvanı ölümcül silahlarla təchiz etməsinə yalnız bəyanatla cavab verəcək? Müdafiə Nazirliyinin bəyanatındakı açıq mesajlar növbəti hərbi toqquşmalardan xəbər verir? Ermənistan bu silahları alıb, anbarlara yığacaq, yoxsa Azərbaycana qarşı istifadə edəcək? Qafqazın qarışdırılması planı yalnız Parisə məxsusdur?

 

Hərbi ekspert Səxavət Məmməd xatırladıb ki, 44 günlük Vətən müharibəsinin nəticəsində Ermənistan ordusunun təxminən 30-40 faizi tamamilə sıradan çıxmışdı:

 

“Buraya şəxsi heyət, artilleriya vasitələri, hava hücumundan müdafiə sistemləri və hərbi texnikalar daxildir. Rəsmi İrəvan bundan sonra Moskvanı ona kömək etməməkdə günahlandırırdı. Müharibədən sonra Ermənistan ilk Hindistanla silah alqı-satqısı üzrə müqavilələr bağladı. Ardınca isə sözügedən məsələ ilə bağlı Fransanın üzərinə getdi.

 

Rəsmi Parisin Ermənistanı silahlandırmasına Azərbaycan reaksiya verdi. Bunun ardınca İrəvan və Paris ictimaiyyətə açıqlama yaydı ki, həmin silahlar yalnız müdafiə xarakterlidir. Ümumiyyətlə, müdafiə silahlarının ardınca Ermənistana hücum silahlarının verilməsi də istisna deyil. İrəvan müharibənin nəticələrinə uyğun olaraq, dəqiq araşdırmalar nəticəsində silahlar alır. Məsələn, Hindistandan anti-dron sistemləri, haubitsalar, Fransadan 250 km radiusa malik radar sistemləri (GM-200) aldı. Bu həm də ən müasir radarlardan sayılır. Həmin silahlanmanı indi “Sezar” özüyeriyən artilleriya qurğuları ilə gücləndirirlər”.

 

 

Hərbi ekspertin sözlərinə görə, Azərbaycan müdafiə nazirliyi buna çox sərt reaksiya versə də bəzi şəxslər məsələyə fərqli yanaşma göstərərək Azərbaycanın sərt yanaşmasının səbəbini başa düşmədilər:

 

““Sezar” qurğuları nəslinin ən mükəmməli sayılır. 42 km, 155 mm-lik mərmilərdən istifadə edilir. Dəqiqədə 4-6 mərmi ata bilir. Ermənistanın alacağı texnikalar iki divizion deməkdir. Deməli, təxminən 30 km arxada bu haubitsiaları yerləşdirərək Azərbaycan Ordusuna zərbələr endirə bilər. Ordumuzun həmin silahları anında vurması asan məsələ deyil. Dolayısı ilə Ermənistanın indi belə sialhlandırılması bu günə qədər sülhdən danışan Paşinyanın əməldə buna əhəmiyyət verməməsini göstərir.

 

Ermənistan Rusiya, İran və Türkiyəyə qarşı bu tip silahlandırılmır. Bu, birbaşa Azərbaycan üçündür. Ölkəmizdə bir çox ekspertlər az qala Nikol Paşinyanı sülh göyərçininə çevirirdilər. Daha çox müxalifəti revanşist adlandırırdılar. Bu hücum silahlarını alan isə müxalifət deyil, Nikol Paşinyandır. Baş nazir vaxtı uzatmağa, sülh sazişini ləngitməyə çalışır. Məsələdə Rusiya və Fransanın çəkişməsi var. Tərəflərə bu gün Ermənistanın taleyi, istəkləri maraqlı deyil. Onlara Cənubi Qafqaza yerləşmək əhəmiyyətlidir. Bu mübarizə davam edəcək. Ermənistanın bu texnikaları alması ondan xəbər verir ki, silahların mərmilərinə, texniki baxışına və digər məsələlərinə görə də uzun illər Fransa ilə əməkdaşlıq ediləcək”.

 

Səxavət Məmməd qeyd edir ki, Fransa regionu qarışdırmaq istəyir:

 

“Ukrayna müharibəsində Rusiya istəyinə nail ola bilməsə, regionda siyasi və hərbi baxımdan çox ciddi problemlər yaranacaq. Azərbaycan indiki məqamda bəyanatlarla çıxış etməklə kifayətlənir. Lakin əlində alternativin olması da istisna deyil. Haubitsiyalar Ermənistana güman ki, Gürcüstan və ya İran sərhədindən keçəcək. Yerindəcə bunu məhv etmək lazımdır. Sözlü bəyanat Ermənistanı dayandırmayacaq. Müdafiə Nazirliyi ağır bəyanatlarla çıxış etsə də heç bir nəticəsi olmayacaq”. /globalinfo/az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı

Büdcədə sosial xərclər ARTIRILIR

Mədəniyyətimizin görkəmli nümayəndələrinin şəxsi əşyaları - TƏQDİMAT

Şərab zavodunda YANĞIN

Universitetlərdə bu fənlər LƏĞV OLUNMALIDIR

"YouTube"da YENİLİKLƏR

Taksi və avtobuslara yeni fərqlənmə nişanları verilib

Polis Akademiyasında yeni tədris korpusları İNŞA EDİLİB

İsveçrəyə ÇAĞIRIŞ

Bəzi ölkələrdən heyvan məhsullarının gətirilməsinə məhdudiyyət

Hindistan Ermənistanı silahlandırmağa davam edir

“COP 29 ərəfəsində hərbi təxribatın törədiləcəyi istisna edilmir”

Xudafərinin azad olunmasından dörd il keçir
 

Gəncədə binada güclü PARTLAYIŞ

Dövlət komitəsi ilə bağlı QƏRAR