Misir-Azərbaycan əlaqələrinin inkişafından qarşılıqlı GÖZLƏNTİLƏR

14:06 10-06-2024 | icon 433 | Siyasət
Misir-Azərbaycan əlaqələrinin inkişafından qarşılıqlı GÖZLƏNTİLƏR

Könül İsmayılova: "Bu rəsmi səfərlər əlaqələrimizin inkişafına böyük töhfə verəcək"

 

“Qahirə ilə rəsmi səfərlərimiz Misir-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfə verəcək. Ölkələrimiz arasındakı siyasi dialoqun bundan sonra da davam edəcəyi görünür”.

 

Bu sözləri Versus.Az-a Prezident İlham Əliyevin Qahirəyə rəsmi səfəri ilə bağlı açıqlamasında Nizami rayon İcra Hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının Siyasi Şura və İdarə Heyətinin üzvü Könül İsmayılova deyib.

 

Bütün beynəlxalq məsələlərdə hər iki ölkənin fikirlərinin üst-üstə düşdüyünü qeyd edən Könül İsmayılova vurğuladı ki, Misirin dəstəyi ilə Azərbaycan dörd il ərzində Qoşulmama Hərəkatına sədrlik edib:

 

“Fələstin-İsrail münasibətlərinin tənzimlənməsi və müstəqil Fələstin Dövlətinin yaradılması bizim Qoşulmama Hərəkatına sədrliyimiz dövründə hər zaman diqqət mərkəzində olub. Azərbaycanın mövqeyi hər zaman birmənalı olub - müstəqil Fələstin Dövləti qurulmalıdır, Şərqi Qüds onun paytaxtı olmalıdır. Prinsipial mövqeyimiz də budur ki, Qəzzada yaşanan faciə tezliklə dayandırılmalı, müharibə dayandırılmalı və bütün məsələlər danışıqlar yolu ilə həll olunmalıdır”.

 

Prezident İlham Əliyevin Qahirədəki çıxışına diqqət çəkən K.İsmayılova ölkə başçısının rəsmi səfər etdiyi ölkələrdə Azərbaycan həqiqətlərindən bəhs etməsi fonunda dünyaya verilən mesajların önəmini qeyd etdi:

 

“Azərbaycan və Ermənistan öz dövlət sərhədlərini müəyyənləşdirmək işində müəyyən uğurlara nail olublar. Danışıqlar prosesində irəliləyiş üçün yaxşı imkanlar var. İki ilə yaxındır Azərbaycan-Ermənistan şərti sərhədində sakitlikdir, atəşkəs pozuntusu müşahidə edilmir”.

 

Azərbaycanın ticarət dövriyyəsinin bir neçə dəfə artmasına da diqqət çəkən K.İsmayılovanın fikrincə, imzalanmış sənədlər, əldə edilmiş razılaşmalar ticarət dövriyyəsini artıracaq. O, Azərbaycan ərazisində bütün infrastrukturun yaradıldığını və nəqliyyat-logistika sahəsində əməkdaşlıq üçün çox gözəl imkanların açılmaqda olduğunu vurğuladı.

 

PƏRİ
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qurban ətini neçə müddət saxlamaq olar?

Vlada Axundovadan YENİ KLİP

Müəmmalı səfərlər, hərbi sazişlər, gizli toplantılar...

İsrail bəyan etdi...

Türkiyədə meşə yanğınları başlayıb

Ronaldu altıncı AÇ-yə qatıldı

DTX-nin ƏMƏLİYYATI

Qəbul imtahanına qeydiyyat başa ÇATDI

Onkoloji xəstələrin tibbi sığorta ilə müalicəsi…

Xırdalanda partlayış SƏSLƏRİ

Çimərlikdə kişilər qadınlara hücum ÇƏKDİLƏR

İnsanlarda qarpızla bağlı TƏRƏDDÜT

Putindən gözlənilməz açıqlama

Məktəb binası KÜL OLDU

Fillərin insanlarla daha bir ortaq DAVRANIŞI