“Şagirdlərin dərs yükü gələn ildən azaldıla bilər”

18:55 14-06-2024 | icon 349 | Təhsil
“Şagirdlərin dərs yükü gələn ildən azaldıla bilər”

“Şagirdlərin dərs yükünün azaldılması istiqamətində bəzi summativ qiymətləndirmələrin ləğvi məsələsinə 2025-ci ildə baxıla bilər”.

 

Versus.Az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Report”a müsahibəsində deyib.

 

Nazir bildirib ki, hər beş ildən bir ümumi təhsilin dövlət standartlarında müəyyən dəyişikliklər edilir:

 

“Misal olaraq, bu gün qüvvədə olan standartlara əsasən 5-6-cı siniflərdə yeni “Təbiət” fənni tədris olunur. Bu fənn əvvəllər I-IX siniflərdə tədris edilən “Həyat bilgisi” fənninin yuxarı siniflərdəki saatları hesabına keçirilir. “Həyat bilgisi” fənninin tədrisi isə I-IV siniflərlə məhdudlaşır. Eyni zamanda tədris digər dillərdə aparılan bölmələrdə “Azərbaycan dili” (dövlət dili) fənninin həftəlik tədrisi 2 saatdan 3 saata qaldırılıb. Həmin bölmələrdə ikinci xarici dil fənninin tədrisi isə dayandırılır. Bundan başqa, tədris digər dillərdə aparılan bölmələrdə “Azərbaycan tarixi” fənninin Azərbaycan dilində tədris olunması 2 il məhdud sayda məktəbdə sınaqdan keçirilmiş və nəticələrin müsbət olması bizə əsas verib ki, 2024–2025-ci tədris ilindən bütün məktəblərdə ölkəmizin tarixi dövlət dilində öyrənilsin. Bunlar hamısı yeni qərarlardır. Ən böyük dəyişikliklərdən biri də odur ki, fakültativləri 20 faizə qədər artırmışıq, yəni məktəbin özünün 20%-ə qədər qərar vermək hüququ var. Amma bizim kontekstdə bunu etmək çətindir”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qurban ətini neçə müddət saxlamaq olar?

Vlada Axundovadan YENİ KLİP

Müəmmalı səfərlər, hərbi sazişlər, gizli toplantılar...

İsrail bəyan etdi...

Türkiyədə meşə yanğınları başlayıb

Ronaldu altıncı AÇ-yə qatıldı

DTX-nin ƏMƏLİYYATI

Qəbul imtahanına qeydiyyat başa ÇATDI

Onkoloji xəstələrin tibbi sığorta ilə müalicəsi…

Xırdalanda partlayış SƏSLƏRİ

Çimərlikdə kişilər qadınlara hücum ÇƏKDİLƏR

İnsanlarda qarpızla bağlı TƏRƏDDÜT

Putindən gözlənilməz açıqlama

Məktəb binası KÜL OLDU

Fillərin insanlarla daha bir ortaq DAVRANIŞI