"Bu uğurların, qələbələrin stansiyasının inşasına 15 iyundan başlanıldı"

17:54 15-06-2024 | icon 478 | Siyasət
"Bu uğurların, qələbələrin stansiyasının inşasına 15 iyundan başlanıldı"

Ramil Hüseynov: "O qurtuluşun siyasi fundamenti o qədər güclü möhkəm quruldu ki..."

 

"Mənim həyatımda, fəaliyyətimdə yalnız Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsinə, suverenliyinin qorunub saxlanılmasına, Azərbaycanın bütöv və qüdrətli olmasına həsr olunacaqdır" - Bu çox məsuliyyətli, ciddi və qarşısına qoyduğu məqsədlərə çatmaq üçün böyük düşüncəyə malik, fövqaladə Liderlik zirvəsinə qalxan, siyasi xadim, dövlət xadimi Heydər Əliyevin fikirlərdir. Nəticə olaraq milli maraqlarımıza, milli hədəflərimizə çatmaq üçün strateji fəaliyyət proqramı ilə Azərbaycan qüdrətli bir ölkəyə çevrildi".

 

Bunu Versus.Az-a amıqlamasında "Yeni Xətt" Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov bildirib.

 

R.Hüseynov qeyd edib ki, ümummilli lider Heydər Əliyev qarşısına qoyduğu yüksək məqsədləri fəth edən fenomen şəxsiyyət həmişə yüksək standartları, inkişafı, yeni dünya baxışlarını nəzərə alaraq qətiyyətlə tək Azəbaycanın yox, dünyanın da faydalana biləcəyi mütərəqqi düşüncələr qoydu:

 

"15 iyun hər kəsin yaddaşında ölkəmizin yeni bir tarixi mərhələyə qədəm qoyan gün kimi həkk olundu. O dövrün çətinliklərinə, qayıdışa qədər olan uğursuzluqlara baxmayaraq, cəsarətlə bu məsuliyyəti üzərinə götürən Heydər Əliyev stabilliyi, sabit fikri ilə təcrübələrini sintez edərək siyasi durumu təkmilləşdirməyə başladı. O vaxt ki, proseslər yeni üsulla, yeni yanaşma ilə müasir Azərbaycanı böyük bəlalardan, böyük fəlakətlərdən qurtardı. O qurtuluşun siyasi fundamenti o qədər güclü möhkəm quruldu ki, bu günki yenilənmiş güclü, qüdrətli Azərbaycanin dizaynı həmin təməlin üzərində quruldu. Bütün bu uğurların, qələbələrin stansiyasının inşasına 15 iyundan başlanıldı. Cənab Prezident İlham Əliyev o siyasi binanın inşasını, böyük entuziasmlıqla başa çatdırdı. Çünki bu böyük coşqunu, həvəsi, dövlətə bağlılığı, milli ideologiyamıza sayğıdan, xalqına olan ehtiramdan, özünə güvəndən, inamdan, millətin etimadından əmələ gəlir".

 

LƏMAN
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qurban ətini neçə müddət saxlamaq olar?

Vlada Axundovadan YENİ KLİP

Müəmmalı səfərlər, hərbi sazişlər, gizli toplantılar...

İsrail bəyan etdi...

Türkiyədə meşə yanğınları başlayıb

Ronaldu altıncı AÇ-yə qatıldı

DTX-nin ƏMƏLİYYATI

Qəbul imtahanına qeydiyyat başa ÇATDI

Onkoloji xəstələrin tibbi sığorta ilə müalicəsi…

Xırdalanda partlayış SƏSLƏRİ

Çimərlikdə kişilər qadınlara hücum ÇƏKDİLƏR

İnsanlarda qarpızla bağlı TƏRƏDDÜT

Putindən gözlənilməz açıqlama

Məktəb binası KÜL OLDU

Fillərin insanlarla daha bir ortaq DAVRANIŞI