Qatar relsdən çıxdı
Səhər saatlarında Ankara dəmir yolunda qəza baş verib.
Versus.Az xəbər verir ki, qəza hərəkətdə olan yük qatarının relsdən çıxması səbəbindən baş verib. 4 vaqonun relsdən çıxması nəticəsində yanacaq ətrafa dağılıb.
Qəza səbəbindən dəmir yolu xəttində hərəkət dayanıb. Hadisə yerinə qəza-xilasetmə briqadası cəlb olunub.
İnsident nəticəsində xəsarət alan olmayıb. Qəzanın hansı səbəbdən baş verməsi məlum deyil.
Xəbər lenti
Deputatlar 3 məsələyə görə TOPLAŞDI
Əmək və sosial siyasət komitəsinin iclası keçirilir