Bu iddialar ayaq tutmadı, yerimədi, öz-özünə əridi

18:49 14-03-2019 | icon 144 | Kürsü
Bu iddialar ayaq tutmadı, yerimədi, öz-özünə əridi

 

 

 

 

 

 

MÜŞFİQ ƏLƏSGƏRLİ

/JHİ sədri/

 

 

 

Elmi baxımdan “Novruz” təbiət  hadisəsidir,  ilin fəsil dəyişməsini, insan yaşayışı üçün daha rahat rejimə keçidi ehtiva edir. İşığın, istiliyin artması, torpağın oyanması  kimi  zəncirvari proseslər  o qədər  xoş ovqat yaradır ki, insanlar  bu ovqatın təsiri ilə  inanclar formalaşdırıb, rituallar icra ediblər. “Novruzu  necə qarşılayarsan, ili də o cür başa vurarasan”  düsturu həmən  inanclar arasında ən sərtidir, dəyişməzdir. Hər kəs Novruz günlərini şən qarşılayıb, şən yola salmaq üçün çalışır.

 

Dövlət milli düşüncəyə, inanclara hörmət göstərir, “Novruz” ovqatını yüksətmək üçün addımlar atır. İl boyu  mərhələlərlə gerçəkləşdirilməsi mümkün olan sosial islahatların, rifah halının yüksəldilməsinə hesablanmış fərman və sərəncamların qısa bir müddətə imzalanması, bir ay müddətinə sığışdırılması dolayısı ilə “Novruz” ovqatının yüksəldilməsinə hesablanmış addımlar kimi də dəyərləndirilə bilər.

 

Azərbaycan Prezidentinin təkcə bir fərmanı - fiziki şəxslərin problemli kreditlərinin həlliylə bağlı proqramı imzalaması 850 min ailənin sevinci, həyat şəraitinin ciddi şəkildə dəyişməsi deməkdir. Şəhid doğmalarına birdəfəlik yardımın verilməsi, minimum əmək haqqının, pensiya, təqaüd, sosial ödənişlərin artmasıyla bağlı sərəncamların hər biri ayrılıqda 100 minlərlə ailənin rifah halının yüksəldilməsi, “Novruz” ərəfəsində xoş ovqata köklənməsi deməkdir. Prezident İlham Əliyev ümumilikdə milyondan artıq ailənin dolanışığını müsbət yöndə dəyişəcək 10-larla sərəncam və fərmanları nəinki son bir ay ərzində imzalayıb, həm də bu sərəncam və fərmanların əksəriyyətinin “Novruz” Bayramına qədər icra edilməsinə göstəriş verib.

 

Dövlətin bənzər addımları daima olub. Amma 2000-ci illərdən sonra sosial proqramlar sistemli hal alıb, fasiləsiz olaraq dəstəklənib. Səbəbi sadədir: siyasi sistem sabitləşdikcə, dövlət strukturları möhkəmləndikcə,  iqtisadi layihələr effekt verdikcə və maliyyə gəlirləri artdıqca, sosial yönümlü proqramlar da intensivləşib. Bu kontekstdən yanaşsaq, son bir ayda imzalanmış fərman və sərəncamları, sosial yönümlü  proqlamları mövcud hakimiyyətin ənənəvi fəaliyyətinin davamı kimi də qiymətləndirmək olar. Bu addımların atılacağını Prezident İlham Əliyev hələ 2018-ci ildə keçirilən Prezident seçkisində vəd vermişdi. Son prosesdə diqqət çəkən məqam odur ki, bu proqramların qəbulu struktur islahatları ilə eyni dövrə düşür, proses paralel aparılır. Hansılar ki, idarəçiliyin şəffaflaşdırılmasına,  optimallaşdırılmasına, vətəndaş məmnunluğunu  təmin edəcək səviyyəyə yüksəldilməsinə yönəlib. Həmçinin, verilmiş fərman və sərəncamların icrasının sürəkliliyi də qeyd edilib.

 

Əksini deyənlər də var. “Radikal” müxalifət iddia edirdi ki, Prezident İlham Əliyevin yanvar fevral aylarında imzaladığı, əhalinin rifah halının yüksəldilməsinə, sosial-iqtisadi, siyasi, struktur  islahatlarına yönəlik fərman və sərəncamlar 19 yanvar mitinqinin təsiri ilə atılıb. Guya hakimiyyət müxalifətin 19 yanvarda sərgilədiyi güc nümayişindən əndişələnib və bu addımları atıb. Amma bu iddialar ayaq tutmadı, yerimədi, öz-özünə əridi. Beləki, 19 yanvar mitinqində yaradılmış şəraitdən sui-istifadə edən,  qanunun tələblərinə məhəl qoymayan, ardınca 20 Yanvar Mərasimində, “Xocalı abidəsi”nin ziyarəti aksiyasında qeyri-normal davranmaqla gözdən düşən “radikalların” sonrakı aksiyaları baş tutmadı. Yəni mitinq dalğası bitdi. Buna rəğmən, Prezidentin islahatlara yönəlik sərəncamları davam etdi, xalqın rifah halının yüksəldilməsinə yönəlik fərman və sərəncamlar ard-arda gəlir.

 

İslahatları müxalifətin güc nümayişi ilə əlaqələndirmək cəhdi baş tutmadığı üçün “radikallar” iflasa uğradılar. İndi tezislərini dəyişirlər, fərqli ampulada görünürlər. İddia edirlər ki, həyata keçirilən islahatlar effektiv olmayacaq, əksinə, əhalinin rifah halını pisləşdirəcək. Bu iddianı müxalif düşərgənin digər qanadı, zahirən “intellektual” libasına bürünən, reallıqda isə eyni yolun davamçısı olanlar səsləndiriblər.

 

Qubad İbadoğlu mediaya açıqlama verərək bildirib ki, “mart-aprel aylarında qiymətlər kəllə-çarxa qalxacaq”. Heyrət doğuran məqam “iqtisadçı alimin” öz iddiasını əsaslandırmaq üçün göstərdiyi səbəbdir: “Nəzərə alsaq ki, yaxın günlərdə problemli kreditlərlə bağlı  kompensasiyaların ödənilməsinə  start veriləcək, onda qiymətlərin kəllə-çarxa qalxması qaçılmaz olacaq” deyir İbadoğlu. Uyğundurmu? 850 min ailə problemli kreditlərin həlliylə bağlı verilmiş sərəncamın sevincini yaşayır, ikiqat bayram ovqatındadır, bunlar isə sıfır faizlik ehtimala əsaslanıb, bu ovqatı təlx edəcək iddialar sürürlər. Çox aydın şəkildə görünür ki, “iqtisadçı alimi” irəli sürdüyü iddianın əsassızlığı narahat etmir, onlar üçün maraqlı olan məqam təşviş yaratmaq, insanları neqativə kökləməkdir. Düşünməyək ki, İbadoğlu qarşıdan bayram gəldiyini unudub, yanlış proqnozları ilə bayram ovqatını təlx etdiyinin fərqində deyil. Əksinə, açıqlamalarından görünür ki, bunu bilir və bayram ovqatını təlx edəcək yanlış proqnozlar verməsi təsadüfi deyil.  Çünki,  “Novruz” milli aksiyadır,  hər kəsin diqqət mərkəzindədir. Bu  həssas mövzu fonunda deyilən istənilən fikir, yanlış-doğru olmasının fərqinə varmadan tez yayılır, diqqət çəkir. İbadoğlu açıq tekstlə deyir ki, “qarşıdan  Novruz bayramı gəlir, plov bişirənlərin xərci çıxacaq, ən çox xərc isə  kərə yağına çıxacaq”.

Bu arada “iqtisadçı alim” yenə də qeyri-adi məntiqini işə salır, fikrini əsaslandırmaq üçün 2012-ci illə müqayisə aparır, həmən vaxtda yağın qiymətinin indikindən ucuz olduğunu deyir. Müqayisə qüsurludur, ortada 6 illik məsafə var. Ərzaqların qiymətlərində dəyişiklik olduğu kimi, əhalinin gəlirlərində də dəyişiklik olub. Amma nədənsə, “iqtisadçı ekspert” bu məqama toxunmur. Çünki, niyyəti fərqlidir, arqumentləri iqtisadi əsaslı deyil,  siyasi motivlidir.

 

Xalqın adəti, müqəddəs saydığı, həssas yanaşdığı dəyərlər var: mahiyyəti barədə detallı bilgisi olmasa da, xeyir iş planlayana “uğur olsun”, yemək yeyənə “nuş olsun”, bayrama, şənliyə “mübarək olsun” deyirlər. Bayram günü qan-qaraltmaq, ovqatı təlx etmək, insanı kədərə salmaq yaddır milli düşüncəyə.

Hələ bu hərəkət yalanla müşaiyət olunursa, düşünülmüş şəkildə, uydurma faktlarla əsaslandırılırsa, qərəzlə edilirsə, günahdır, ayıbdır. Bunu 100 il öncə ermənilər etmişdilər, 1918-ci ilin mart ayında Bakıda qırğınlar törətməklə, “Novruz” ovqatına haram qatmış, xalqı zülmə salmışdılar. 100 il sonra isə bənzər fəaliyyəti bunlar edirlər, “radikallar”. Aralarında hansı fərqliliklər, hansı bənzərliklər var? Bu suala özləri cavab versinlər. 20 Yanvar Mərasimini, “Xocalı anımını”, “Novruz” Bayramını siyasi iddialara alət etmək, xalqın həssas duyğuları ilə oynamaq qazanc gətirməz. Milli düşüncədən xəbərsizdirlərmi, yoxsa belə danışmağa, belə davranmağa  məcbur edilirlərmi, sifariş alıblarmı?

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Fuad Abbasovu aradan götürmək istəyirlər”

"Fuad Abbasov kimi həmyerlilərimizə arxa durmalı, dəstək verməliyik"

Laçınsız 27 il - “İnşallah bir gün qələbə müjdəsi ilə gələrik ziyarətinizə”

Laçınlılar Xosrov bəy Sultanovun xatirəsini andılar

Keçmiş döyüşçülər: "Ali baş komandanın əmrini gözləyirik

Erməni Xocalıda Azərbaycan uşaqlarının qanı ilə pərvazlanır...

Hər il zorlanır, hər il hamilə qalır LAÇIN...

YAP-çı deputat: “Fuad Abbasov qanı erməni qanına qarışmış azərbaycanlı diaspor nümayəndələrinin vasitəsilə saxlanılıb”

"İki ölkə arasında münasibətlərə zərər verən bu kimi addımların qarşısı alınmalıdır"

"Laçın hələ işğal edilməmişdən mənim işğala görə həbsim ssenariləşdirilmişdi" - MÜSAHİBƏ

“Fuad Abbasovun deport olunması məqsədilə saxlanılmasını qınayırıq”

“Ailəmi dolandırmaq üçün xəstəliklərin yayıldığı Yəmənə getməyə məcbur oldum”

“…Özünü beynəlxalq təşkilatlara göstərib, qrant güdür” - Müsahibə

Deputat kəndlərdəki yeni məhlələrdə əhalinin təbii qazla təminatındakı problemlərdən danışıb

Qovlar şəhərində fitoterapiya ilə bağlı geniş seminar keçirilib