Rusiya ABŞ-ın Qolan təpələri ilə bağlı qərarına sərt reaksiya verdi

14:38 27-03-2019 | icon 381 | Dünya
Rusiya ABŞ-ın Qolan təpələri ilə bağlı qərarına sərt reaksiya verdi

 

ABŞ prezidenti Donald Trampın İsrailin Qolan təpələri üzərində suverenliyini tanımaq barədə qərarı dünyanın bir çox aparıcı dövləti tərəfindən pislənilir.

 

Versus.az xəbər verir ki, bunlardan biri də İsraillə son dərəcədə yaxşı münasibətlərdə olan, lakin işğal edilmiş əraizlərin əsl sahibi Suriyanın da strateji müttəfiqi sayılan Rusiyadır.

Ruisya Federasiya Şurasının Beynəlxalq əlaqələr komitəsinin sədri Konstantin Kosaçev Trampın bu qərarının Qolan təpələrinin beynəlxalq-hüquqi statusuna təsir göstərməyəcəyini vurğulayıb.

O, həmin torpaqların İsrail tərəfindən qeyri-qanuni olaraq işğal edildiyi barədə Rusiyanın qanunverici hakimiyyətinin mövqeyini çatdırıb.
K.Kosaçev bununla bağlı dediklərinin bütün dünyanın mövqeyi olduğunu sözlərinə əlavə edib.

Rusiya XİN mətbuat sözcüsü Mariya Zaxarovanın da fikirləri Konstantin Kosaçevdən fərqli deyil. O, Trampın bu addımının Yaxın Şərqdə növbəti gərginliyə yol açacağını söyləyib.

“Biz bunu dəfələrlə söylədik, və təəssüf ki, məsələ ilə əlaqədar bir çox bəyanlarımız və şərhlərimiz öz yerini tapmaqdadır. Bu cür işlərin baş verməsi onun hüquq məkandan kənarda həyata keçirilməsi ilə bağlıdır”, – deyə Mariya Zaxarova bildirib.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür