“Novruz” kolleksiyası böyük maraq doğurdu

18:51 28-03-2019 | icon 393 | Mədəniyyət
 “Novruz” kolleksiyası böyük maraq doğurdu

 

Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın "Novruz" kolleksiyası Şəhrisəbzdə (Özbəkistan) keçirilmiş II Beynəlxaq Milli Geyim Festivalında böyük maraq doğurub.

Versus.Az trend-ə istinadən bildirir ki, fəxri qonaq qismində dəvət festivalın təşkilatçılarından - Özbəkistanın Turizmin İnkişafı üzrə Dövlət Komitəsi tərəfindən alınıb. Novruz bayramına həsr olunmuş tədbir KİV-də geniş işıqlandırılıb. Gülnarə Xəlilova fəxri diplomla qeyd edilib, KİV-lərə bir sıra müsahibə verərək Azərbaycanda Novruz bayramının keçirilməsinin böyük önəmini vurğulayıb.

 

Tədbirdə Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Rusiya, Gürcüstan və İtaliyadan olan dizaynerlər də öz kolleksiyalarını nümayiş etdiriblər. Festival çərçivəsində yeni başlayan modelyerlər üçün ustad dərsləri, folklor ansamblları və ifaçıların çıxışları baş tutub. İroda Ağzamxuja (Özbəkistan), Ayna İzbasar (Türkmənistan), Yekaterina Zabolotnova və Aliyə Edilova (Qırğızıstan) "Qızıl iynə" mükafatının laureatları olublar. Festivalın ən yaxşı modelləri:  Bibi Awards nominasiyasında Şahzadə Baltabayeva (Qırğızıstan), Miss Shahrisabz nominasiyasında Kumuşxon Madumarova (Özbəkistan), Top Model nominasiyasında  Diyera Kamolova (Özbəkistan), Fest Girl nominasiyasında Sitora İslomova (Özbəkistan) qalib olublar.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür