Cavabı məmurlarda olan “NİYƏ” sualım

23:53 29-03-2019 | icon 846 | Kürsü
Cavabı məmurlarda olan “NİYƏ” sualım

Şəhid ailələri ilə bağlı demədiyim və ya demək istəmədiyim yüzlərlə haqsızlıq

 MEHRİBAN SADIQOVA

/AXCP sədr müavini/

 

Şəhid ailələrinə qarşı haqsızlıqlar, məmurlar tərəfindən ailələrin incidilməsi danmaq istəsək belə, reallıqdır.

 

Nə qədər yalandan "Şəhidlər baş tacımızdır" demək olar? Nə qədər “onlar hər cür qayğı ilə əhatə olunub” söyləmək olar? Şəhidlər məmurların da bu gün azad və "qayğısız" yaşaması üçün canlarından keçmədimi? Bu yalanları danışdıqda Şəhidlərin ruhundan xəcalət çəkmirsinizmi?

 

Niyə 50 kv.m mənzil hansısa oliqarxa görə alınmalıdır? Niyə Şəhid ailəsi ev sayılmayan ad tapıla bilməyəcək bir yerdə, əgər buna yaşamaq demək olarsa yaşamalıdır?!

 

Niyə 18 il min arzu diləklə oğul böyütmüş ana hərbi xidmətdə şəhid olmuş oğlunun Şəhidlik adını almaq üçün "qurban" deməlidir?!

Niyə gözünün ağı-qarası tək övladını hərbi xidmətə göndərmiş ana cəmi 6 ayın əsgəri olan oğlunun Şəhid olduqdan sonra "onun heç kimi yoxdur, mən də olmasam onu kim xatırlayacaq" -deyərək, adının əbədiləşdirilməsi üçün heç nəyə gərəksiz “strukturların” qapısını döyməlidir?!

Niyə öz şəxsi vəsaiti hesabına həyat yoldaşına abidə tikdirmiş bir xanım paytaxt-rayon yolu ölçməlidir?!

Niyə böyük həsrətlə atasının xatirəsinə çəkilmiş filmin nümayişini gözləyən və heç bir səbəb göstərmədən icra nümayəndələri tərəfindən təxirə salındığına görə Şəhid övladları stress keçirməlidir?!

Niyə Şəhid olmuş övladına xatirə guşəsi yaratmaq istəyən ana "Qaçınkom" tərəfindən aldadılmalıdır?!

Niyə tədbirin növbəti dəfə də (tədbirin keçiriləcəyi müəyyənləşmiş günə saylı saatlar qalmış) təxirə salınması xəbərini gələn qonaqlarına deməyə utandığı üçün bir gəlin (Şəhidin həyat yoldaşı) özünə qəsd etməyə səy göstərməlidir?!

 

Şəhid ailələri ilə bağlı demədiyim və ya demək istəmədiyim yüzlərlə haqsızlığın NİYƏ sualının cavabını kim verməlidir?

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Xunta rejiminə dialoq təklifinin LİMİTİ BİTDİ

“...Sonra Rusiya sülhməramlıları sakitcə Qarabağdan çıxacaq”

Mərkəzi Asiya Dövlət Başçılarının QARDAŞLIQ BAĞLARI

Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib

Kiçik əməyimə verilən ən böyük MÜKAFAT

“Cavablarını verib yerlərində otuzdurmağın vaxtı çatıb”

“Hər sahədə üstünlüklərə malik olan Azərbaycanın qarşısında cılız Ermənistan nə edəcəkdi ki?”

“Yadplanetlilərin cəsədləri”nin sirri

24 saatın NƏTİCƏLƏRİ

Beynəlxalq təşkilatlara antiterror əməliyyatının başlanması ilə bağlı MÜRACİƏT

“Bavariya” “Bayer”lə “sülh”ə razılaşdı

“Telegram”da pul kisəsi olacaq

İşcilərin 70 faizi müqaviləsiz işləyir

Ququş səhnədən getdi

Valideynlər qiymətlərdən şikayətlənirlər