AzMİU THİK-in üzvləri Quba Soyqırımı Memorial Kompleksində

18:18 01-04-2019 | icon 566 | Cəmiyyət
AzMİU THİK-in üzvləri Quba Soyqırımı Memorial Kompleksində

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin rəhbərliyi və aktiv tələbələr 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününün 101-ci ildönümü münasibətilə Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib.


Versus.Az
-ın məlumatına görə, Faciə qurbanlarının xatirəsini yad edən THİK üzvləri xatirə daşı önünə əklil qoyublar. Daha sonra tələbələrlə birlikdə kompleksi gəzərək soyqırıma həsr olunmuş stendlərlə tanış olublar.


Kompleks rəsmiləri tələbələrə ermənilər tərəfindən azərbaycanlılara qarşı aparılan etnik təmizləmə barədə ətraflı məlumat veriblər. Bildirilib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi 2013-cü il sentyabrın 18-də açılıb. Nümayəndə heyətinin diqqətinə çatdırılıb ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.

 

Ağanisə Sultanova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür