“Belarus Dövlət Universitetinin elmi işçiləri xərçəng xəstəliyinin dərmanını kəşf edib”-Ekspert
Versus.Az azedu.az-a istinadla bildirib ki, bu barədə “A-Level” Təhsil Mərkəzinin rəhbəri Ayan Əliyeva məlumat verib. Onun sözlərinə görə, səfər müddətində Minskdə aparıcı universitetlərin rektorları ilə görüşlər keçirilib. Həmçinin, təhsil və təlim sahəsində xüsusi uzunmüddətli sazişlər imzalanıb:
“Minskin aparıcı universitetləri və Azərbaycan diasporunun rəhbərliyi azərbaycanlıları təhsil, əhalinin bacarıqlarının artırılması, həmçinin akademik təcrübə mübadiləsi üçün dəvət olunmasında maraqlıdırlar”.
Ayan Əliyevanın sözlərinə görə, Belarus universitetlərində təhsil çox yüksək səviyyədədir:
“Belarus dövlət universitetləri daha çox tədqiqatla məşğuldurlar. Ali təhsil müəssisələrində tədris həm ingilis həm də rus dilindədir. Belarusun Tibb Universitetlərinin diplomları bütün dünyada tanınır. Almaniya, Amerika və digər dövlətlərin universitetlər ilə birlikdə ikili diplomlar mövcuddur.
Belarus Dövlət Universitetində kimya, biologiya fakültəsinin elmi işçiləri, elmi tədqiqatın əsasında xərçəng xəstəliyinin dərmanını da kəşf ediblər”.
Qeyd edək ki, digər Avropa ölkələri ilə müqayisədə Belarus universitetlərində təhsil almaq maliyyə baxımından daha əlverişlidir.
Xəbər lenti
NATO-ya qarşı sərt ETİRAZ AKSİYALARI
Polis gözyaşardıcı qaz və güc metodları...