Türkmən və kürd partiyasının liderləri Ərbildə görüşüblər

15:33 02-04-2019 | icon 721 | Dünya
Türkmən və kürd partiyasının liderləri Ərbildə görüşüblər

Riyaz Sarıkahya: “Əsas müzakirə mövzusu Kərkükü türkmənlərin idarə etməsi, valinin türkmən olması idi”

 

 

İraqdan-Türkməneli Partiyasının qərargahından Versus.az-a verilən məlumata görə, partiya lideri Riyaz Sarıkahya və Kürdüstan Demokratik partiyasının sədri Məsud Bərzani arasında görüş keçirilib. Görüşün əsas məqsədi iki qardaş xalqın bir – birinə daha da yaxınlaşması, atılan bütün addımların ölkəyə və bölgəyə barış, huzur gətirməsi, qarşılıqlı anlaşma üzərində qurulması olub.

 

Kərkükü türkmənlərin idarə etməsi, Kərkük valisinin türkmən olması, ortaq idarəetmənin vacibliyi  müzakirə edilib və vurgulanıb ki, bölgədə yaşayan qardaş xalqların birlikdə, qardaşcasına səylərini birləşdirməsi nəticəsində sabitliyə, iqtisadi inkişafa, əhalinin rifahına nail olmaq mümkündür.

 

Türkməneli Partiyasının başkanı Riyaz Sarıkayha verdiyi açıqlamada Kərkük başda olmaqla, İraq və kürd muxtariyyəti ilə bağlı məsələlərin müzakirə edildiyi görüşün xoşməramlı oldugunu vurgulayıb və faydalı nəticələrin əldə ediləcəyinə əminliyini bildirib. Kərkükün tarixi, mədəniyyəti ilə örnək oldugunu diqqətə çatdıran türkmən lider şəhəri türkmənlərin idarəetməsinin vacibliyini bir daha bəyan edib.

 

Məsud Bərzani də bildirib ki, görüş dostluq və qarşılıqlı anlaşma şəraitndə keçib:

 

“Kərkük və çevrəsindəki bölgələrin durumu ilə baglı müzakirələr apardıq, fikirlərimizi bölüşdük. Səmimi və dostluq ortamında geçəkləən bir görüş oldu. Türkmən və kürd xalqlarının, eləcə də, digər xalqların haqlarını qoruyacaq, onlara xidmət edəcək bir anlaşmanın vacibliyinə diqqət çəkdik. Bölgəmiz çox həssas dönəmini yaşayır”.

Görüş Ərbilin Səlahəddin bölgəsində baş tutub.

 

Ağanisə Sultanova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili