Yüksək uğurları olan Bərdə məktəbi “Bilik günü”ndə

18:57 15-09-2017 | icon 673 | Təhsil
Yüksək uğurları olan Bərdə məktəbi “Bilik günü”ndə

“Yeni tədris ilinə uğurla start verəcəyimizə inanıram”

“Məktəb kollektivi “Bilik günü”nü böyük ruh yüksəkliyi ilə qeyd edib. Ötən tədris ilinin nəticələrinə əsaslanaraq yeni tədris ilinə də uğurla start verəcəyimizə inanıram. Çünki məktəbimizdə savadlı müəllim kollektivi və istedadlı şagirdlər var”.

Bunu Versus.Az-a şəhid Fəxrəddin Muradov adına Bərdə şəhər 7 saylı tam orta məktəbin drektoru Mehparə Mustafayeva bildirib:

“Bu il məktəbimizdə 11-ci sinfi 19 şagird bitirib. Bunlardan 11 nəfəri ali məktəblərə qəbul olunub. Ən yüksək bal toplayan şagirdlərimizdən biri 652 balla Polis Akademiyasına, iki şagird 590 balla Tibb Universitetinə, bir nəfər şagird isə 650 balla Bakı Dövlət Universitetinə qəbul olunub. Hesab edirəm ki, bu nəticə məktəbimiz üçün böyük uğurdur”.

M.Mustafayeva bütün məktəblərdə olduğu kimi, ilk dərs saatlarının “Cocuq Mərcanlı – tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olunduğunu qeyd edib. Onun sözlərinə görə, ilk dərs saatlarında şagirdlərə Cocuq Mərcanlıda, elcə də digər döyüş gedən məntəqələrdə vuruşaraq şəhid olan qəhrəmanlarımız, o cümlədən Bərdə şəhidləri və məktəbin adını daşıyan Fəxrəddin Muradovun qəhrəmanlığından söz açılıb. Çıxışlarda vətənini, dövlətini  sevməyən insanın aldığı ən yüksək təhsilin, elmin heç bir məna yükünün olmadığı şagirdlərə aşılanıb.

Mehparə müəllimə bildirib ki, məktəbdə 625 şagird təhsil alır və 68 müəllim fəaliyyət göstərir. Onun sözlərinə görə, müəllimlərin özləri də diaqnostik qiymətləndirmədə yüksək nəticələr qazanıblar.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür