Stalini kabinetində söyən və sağ qalan yeganə adam

16:02 08-04-2019 | icon 365 | Araşdırma
Stalini kabinetində söyən və sağ qalan yeganə adam
 
Versus.Az mediaya əsasən tarixi vərəqlədi.
 
SSRİ-yə 30 il müddətində rəhbərlik etdiyi dövrdə İosif Stalinin qarşısında heç kim səsinin tonunu qaldırmağa cürət etməyib. Hətta bir çoxları hər hansısa bir məsələnin müzakirəsində münasibət bildirməyə, fikir mübadəlisi aparmağa belə çəkiniblər. Daha dəqiq desək, Stalinin qərar və göstərişləri əksər hallarda birmənalı və müzakirəsiz qəbul edilib. Bu 30 il ərəfəsində yalnız bir dəfə və yalnız bir nəfər bir neçə yüksəkçinli məmurun iştirak etdiyi görüşdə səsinin tonunu son həddə qaldıraraq Stalinin üstünə qışqırıb, anasına söyüb, qarşısındakı çay stəkanını Ali Baş Komandanın kabinetində zərblə yerə çırpıb...

Bu şəxs Almaniya-SSRİ müharibəsi illərində döyüş əməliyyatları zamanı həlak olan 4 generaldan biri, ordu generalı İosif Apanasenko olub...

General Apanasenko Uzaq Şərq ordusunun komandanı təyin edildikdən üç ay sonra Xabarovsk diyar partiya komitəsinin birinci katibi Gennadi Borkov onunla bağlı bir neçə dəfə Stalinə məxfi teleqram ünvanlayıb. Birinci katib generalın hədsiz dərəcədə kobudluğundan, heç kimlə hesablaşmadığından, tabeçiliyində olanlara və diyar partiya komitəsinin vəzifəli şəxslərinə qarşı sərt münasibətibdən şikayətlənib. Stalin bu şikayətlərə çox da məhəl qoymayıb və sonda Borkovun yazılı şikayətinin üzərinə bu məzmunda dərkənar qoyub: “İosif Apanasenko Silahlı Qüvvələrimiz üçün dəyərli bir hərbçdir. Onun fəaliyyətinin müzakirəsini məqsədəuyğun saymıram”.

 

 

1941-ci ilin ilin oktyabrın 1-də Stalin Gennadi Borkova zəng vurub. Təcili olaraq komandan Apanasenko ilə birlikdə Moskvaya gəlmələrini əmr edib. Borkov elə düşünüb ki, onları Moskvaya münasibətlərini araşdırmaq üçün dəvət edirlər. Birinci katib xatirələrində həmin dəvət haqqında yazıb:

“Stalin şəxsən özü zəng vurmuşdu. Mən birinci dəfə idi ki, onunla telefonla danışırdım. Adətən rəhbərin tapşırıq və göstərişləri koməkçiləri vasitəsi ilə mənə çatdırılırdı. Görünür, bu dəfə məsələ çox ciddi idi. Danışığımızın sonunda ən sürətli hərbi təyyarə ilə gəlməyimizi əmr etdi və bir də dedi ki, Apanasenkoya çatdırım ki, hisslərini cilovlamağı bacarsın...”
Oktyabrın 2-si gecə Borkov və Apanasenkonu aeroportda qarşılayıb elə gecə ikən Kremlə aparıblar. Stalin dərhal onları qəbul edib. Kabinetdə Müdafiə Komitəsinin üzvlərindən də olub.

 

 

Stalin sibirli qonaqları salamladıqdan sonra mətləbə keçib:

- Almanlar Moskvaya geniş miqyaslı hücum hazırlayırlar. Bu hücumun qarşısını almaq, paytaxtı müdafiə etmək üçün hərbi qüvvələrimiz yetərincə deyil. Buna görə də belə qərara gəldik ki, Uzaq Şərq ordusunun diviziyalarını Moskva ətrafında yerləşdirək.

Bundan sonra Stalin bir-bir diviziyaların nömrələrini sayıb, Apanasenko isə sakitcə onları dəftərçəsində qeyd edib. Bu minvalla görüş çox sakit bir şəraitdə davam edib. Stalin qonaqlara çay gətizdirib. Sonda Stalin Uzaq Şərq ordusunda olan tank əleyhinə topların da Moskva ətrafına gətirilməsini təklif edib. Bu təklifdən sonra Ali Baş Komandanın kabinetində sanki bomba “partlayıb”. Apanasenko əyləşdiyi stuldan elə qalxıb ki, stul aşıb və general onsuz da qalın olan səsini son həddə qədər ucaldıb və o, Stalinə birbaşa sən deyə müraciət edərək qışqırıb:

- Sən nə danışırsan? Sən nə etmək istəyirsən? Sənin ananı... Bəs yaponlar hücum etsə mən Uzaq Şərqi nə ilə müdafiə edəcəm? Lampaslarla? (Generalların şalvarlarının yan tərəfində olan qırmızı zolaq) Sən nə danışdığının fərqindəsən? Güllələyin məni, güllələyin. Həbs etdirin. Amma mən topları sizə verməyəcəm.

 

 

Generalın ürəyi bununla soyumayıb. O, qarşısındakı çay dolu stəkanı zərblə yerə çırpıb.

Sözsüz bu məqamda hamının diqqəti Stalinə yönəlib. Və hamının ağlına ilk gələn o olub ki, Stalin iş masasının sağ tərəfindəki üstündə gerb olan telefonun dəstəyini qaldırıb Beriyanı çağıracaq və generalı “Lubyanka”nın zirzəmisinə göndərəcək. Amma Stalin tam əksinə edib:

- Sakit ol, yoldaş Apanasenko, hisslərini cilovala, bir top nədir ki, ona görə belə həyəcanlanırsan. Yaxşı, topları saxla özünə.
Stalin generalın bu əsəbini anlayıb. Çünki Uzaq Şərqdə də vəziyyət mürəkkəb olub. Yaponiya SSRİ ilə neytrallıq paktı imzalasa da, hər dəqiqə vəziyyətin dəyişilməsi də gözlənilib.

 

 

Beləliklə, general Apanasenko “Sibir diviziyaları” adını almış qoşunları Moskva ətrafına yollayıb. Toplar isə Sibirdə qalıb.
İosif Apanasenko 1890-cı ildə Stavropolda anadan olub. Natamam ibtidai təhsil alıb. Yeniyətməlik illərində kənddə çobanlıq edib. Orduya çağrılan Apanasenko I dünya müharibəsinin və vətəndaş savaşının iştirakçısı olub. Frunze adına Hərbi Akademiyanı bitirib. Almaniyanın hücumuna qədər SSRİ-nin müxtəlif bölgələrində hərbi komissar, hərbi hissə və hərbi birləşmə komandiri vəzifələrində xidmət edib. 1941-ci ildə Uzaq Şərq ordusunun komandanı vəzifəsinə təyin edilib.

Həmin hadisədən sonra general Stalinlə bir neçə dəfə də görüşüb. Görüşlər “sülh” şəraitində keçib. Bu görüşlərdə Apanasenko Ali Baş Komandandan xidmətini cəbhə bölglərində davam etdirməyi xahiş edib. O, 1943-cü ildə Voronej cəbhəsi qoşunları komandanının müavini vəzifəsinə təyin olunub. General bir çox uğurlu döyüş əməliyyatlarına imza atıb. Və o, həmişə ön xəttdə olan general kimi yadda qalıb. 5 avqust 1943-cü ildə, 53 yaşında olarkən ordu generalı İosif Apanasenko Belqorod ətrafında gedən döyüşlərdə həlak olub.

Müasirlərinin xatirələrinə və qənaətinə görə, sağ qalsaydı, Apanasenko hərbi karyerasında daha yüksəklikləri fəth edəcəkdi, çiyinlərinə marşal rütbəsi taxacaqdı, Müdafiə Nazirliyində yüksək postların birində xidmətini davam etdirəcəkdi. Çünki çılğınlığına, dəlisovluğuna baxmayaraq, general məsuliyyətini dərk edən, vəzifə borcunu şərəflə yerinə yetirən bir hərbçi olub. Ən əsası isə Stalin həmişə ona etibar edib, onun vətən qarşısındakı təmənnasız xidmətlərini yüksək qiymətləndirib.
Apanasenko haqqında, onun hərbi fəaliyyəti ilə bağlı mətbuat çox az yazıb. Uzun illər general unudulmuşlar sırasında olub. Onun haqqında ən geniş material isə uzun illər partiya orqanlarında yüksək vəzifələrdə çalışmış, yazıçı-publisist, Sosialist Əməyi Qəhrəmanı Fyodor Morqunun “Atəşfəşanlıqdan uzaq olduğumuz vaxtlar” kitabında yer alıb./yeni müsavat/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İQBAL AĞAZADƏ: O kəslər bir yerdə yaşasınlar ki, ayrı yaşaya bilmirlər

Lənkəranda bir neçə təhsil müəssisəsinin açılış mərasimi olub

ÜMİDDƏN ASILAN QILINC

Qazilər 92-ci il döyüşlərindən danışdılar

"Bu, islahat deyil, utancverici göstəricidir"

"Bəs Əli Kərimli niyə susur?"

“Özünü güclü siyasi qüvvə və ya "ana müxalifət" hesab edirsə, buyursun seçkiyə” - MÜSAHİBƏ

Laçın şəhər 37 saylı məktəbdə BİLİK GÜNÜ - VİDEO

Qəbrin nurla dolsun şəhidim...

713-ün Laçında düzənlədiyi parad

Musiqi sevgisinin kökündə duran Üzeyir Hacıbəyli işığı

Fuad Qəhrəmanlının qızından atası və Əli Kərimli ilə bağlı - Sensasion iddialar

AXCP sədri: Prezidentə və Birinci vitse-prezidentə qarşı “səlib yürüşü” edə bilmərik

ŞƏHİD QƏBİRLƏRİNDƏN DUYULAN VƏTƏN ANDIMIZ 

Mitinqə görə imiş... yesinlər mitinqinizi