Cinayətin adı - İNTİHAR
...Və intihara sürükləyən CƏMİYYƏT...
ARZU ZEYNALLI
Elina təkcə valideyin laqeydliyinin, müəllim diqqətsizliyinin, anormal ətrafının qurbanı olmadı. Və o, yeganə qurban deyil. Həyatı təhlükədə olan yeniyetmələr var olacaq, ta o vaxtadək ki, televiziya ekranlarından evimizə tərbiyəsizlik, xəyanət, namussuzluq, əxlaqa zidd seriallar soxulmasın...
Hansı telekanalın hansı verilişlərinin insan psixologiyasına nə kimi zərər vurmasından yazmayacam. İllərdir bu yöndə mövzu ilə ol şəxslərin o üzünə də, bu üzünə də ....vuran vurub. Xoşlamadığımız faslar demiş, çi fayda!
...Və illərdir Elina kimi uşaqların bu və digər formada ölüm xəbərini eşidirik... İtkin düşdüyünü eşidirik. İtkin haa... Texnikanın inkişaf etdiyi bir dövrdə öz ölkəsində itkin düşmək... Vay bəə... Mən elə bilirdim itkin düşmək ifadəsi ancaq müharibələrdə məqbuldur. İnsan öz torpağında, hələ öz azərbaycanlısının əhatəsində necə itkin düşə bilər? Bəli, öz azərbaycanlısının əhatəsində!..
Eləcənə fikrimi yazdım... Bəlkə də daxilimdəki etirazı yumşaldaraq. Amma bəsirət gözümüzlə baxsaq görərik ki, belə vəziyyətlərdə bizim düşmən elan etdiyimiz ermənilər gülür... Özümüz özümüzün gəncliyimizi, gələcəyimizi ləkələdiyimiz, boğduğumuz üçün gülür.
Qızı olan analar, övladınıza bərk sarılın. Yad nəfəslərdən qoruyun. O yad nəfəslərdən ki, yaxınımızda, bəlkə də bir addımlığımızdadır... Qoruyun ki, Azərbaycanın da bir sağlam gələcəyi olsun...
Xəbər lenti
NATO-ya qarşı sərt ETİRAZ AKSİYALARI
Polis gözyaşardıcı qaz və güc metodları...