Bakıda “Azərbaycan və Böyük Britaniya əməkdaşlığının 100 illiyi” kitabının təqdimatı olub

18:16 12-04-2019 | icon 808 | Ədəbiyyat
Bakıda “Azərbaycan və Böyük Britaniya əməkdaşlığının 100 illiyi” kitabının təqdimatı olub

Bakıda “Azərbaycan və Böyük Britaniya əməkdaşlığının 100 illiyi” kitabının təqdimat mərasimi keçirilib.

Versus.Az xəbər verir ki, kitabın müəllifi, SOCAR-ın vitse-prezidenti Rəfiqə Hüseynzadə Britaniyanın "Senate Publishing" nəşriyyatı tərəfindən çap olunan əsər barədə ətraflı məlumat verib. R.Hüseynzadə bildirib ki, bu kitabda Azərbaycan ilə Böyük Britaniya arasındakı münasibətlərin bütün sahələrinə dair məlumatlar yer alıb:

"Kitabda Azərbaycan ilə Böyük Britaniya münasibətləri, eyni zamanda Azərbaycanın tarixi, mədəni irsi haqqında məlumat verilir. Azərbaycan-Böyük Britaniya münasibətlərinin müasir tarixi öz başlanğıcını keçən əsrin 90-cı illərinin əvvəllərindən götürsə də, qısa müddət ərzində iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi baxımından yüksək tarixi nailiyyətlər əldə olunub. 1993-cü ildən başlayaraq yüksələn xətt üzrə münasibətlərimizin inkişafı siyasi, iqtisadi, mədəniyyət, təhsil və idman sahələrində müsbət çalarlarla öz əksini tapmışdır. Hazırda ümummili lider Heydər Əliyevin layiqli davamçısı İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilməkdədir. Son illərdə iki ölkə arasında qurulmuş strateji münasibətlər bunun bariz nümunəsidir".

Xarici işlər nazirinin müavini Ramiz Həsənov isə çıxışında Azərbaycan ilə Böyük Britaniya arasındakı əlaqələrin tarixindən danışıb. R.Həsənov bildirib ki, bu əlaqələrin dərin tarixi kökləri var: "Böyük Britaniya Azərbaycanın müstəqilliyini tanıyan ilk Qərb ölkələrindən biri olub. Ulu öndər Heydər Əliyevin 1994-cü ildə Böyük Britaniyaya səfəri ilə iki ölkə arasında münasibətlər daha da dərinləşdi. Bu gün bu münasibətlər Prezident İlham Əliyev tərəfindən davam etdirilir".

Ölkələrimiz arasında əlaqələrin daha çox enerji sahəsi ilə bağlı olduğunu deyən R.Həsənov bu münasibətlərin digər sahələrdə də inkişaf etdiyini bildirib.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov tədbirdə çıxış edərək ölkələrimiz arasındakı əlaqələrin tarixindən və müasir inkişaf səviyyəsindən danışıb. Ə.Həsənov qeyd edib ki, Azərbaycan və Böyük Britaniya münasibətləri digər Avropa ölkələri üçün nümunədir.

"Senate Publishing" nəşriyyatının rəhbəri, Lordlar Palatasının üzvü Devid Evans isə çıxışında qeyd edib ki, Azərbaycanda Böyük Britaniyanın 500-ə yaxın şirkəti fəaliyyət göstərir: "Əminik ki, səmimi dostluğa söykənən bu münasibətlər bundan sonra da davam etdiriləcək".

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür