RUZBEH MƏMMƏD YARADICILIĞININ GÜZGÜ EFFEKTİ

 

06:58 06-03-2018 | icon 305 | Ədəbiyyat
RUZBEH MƏMMƏD YARADICILIĞININ GÜZGÜ EFFEKTİ
 

 

Nə vaxtsa şair-tərcüməsi Vaqif Bəhmənlinin belə bir sözünü oxumuşdum: «Əgər bir gün desələr ki, dünyanın sonudur, sən oradan nə götürərdin? Hər şeyi bir kənara qoyub kitabxanaları götürərdim ki, onları mühafizə edim». Vaqif Bəhmənlinin kitaba olan sevgisi və kitaba olan qayğısı heçdən deyil. ÇÜNKİ bu kitablarda insan surətləri, Azərbaycan xalqının taleyi, ağrısı, acısı, kədəri, qəmi, ələmi, sevinci, nəşəsi, günü, güzəranı, dünəni, bu günü, gələcəyi yaşamaqdadır. Əgər bu gün bir kitab yanırsa, doğrudan da bu, elə elmi baxışlarına görə tonqalda yandırılan Cordano Brunonun taleyindən başqa bir şey deyil....

Bir-iki gün bundan öncə Azərbaycanın gənc şairlərindən olan, istedadlı qələm dostumuz RUZBEH MƏMMƏDin "GECƏ SAAT ÜÇDÜR VƏ MƏN SƏNİ SEVİRƏM” kitabının təqdimatında da həm Sözün Qüdrətinin, həm Sözə qayğının, həm Sözə olan Sevginin, həm Sözə olan məhəbbətin və....və həm də Sözə münasibətdə daxili impulsdan doğan qəzəbin şahidi olduq....

Öncə Ruzbeh Məmmədin özü haqqında: Ruzbeh Məmməd “”“Yeni Avaz qəzeti”, "yeniavaz.com" xəbər portalının müxbiri işləmiş, ”Azad yazı” ədəbiyyat portalının təsisçisi və baş redaktoru olub. Jurnalist kimi fəaliyyət göstərən Ruzbeh Məmmədin ilk kitabı "Götür Məni səssizliyə" 2013- cü ildə çap edilib. Bir müddət sonra hansısa səbəblər, hansısa daxili impulsdan doğan qəzəb ucbatından müəllif öz ilk kitabından imtina edərək onu yandırıb. 2014-cü ildə “Qanun” nəşriyyatında Ruzbeh Məmmədin "365 gün" şeirlər kitabı nəşr edilib. Şeirləri, ölkənin tanınmış qəzet və jurnallarında çap edilib. Yeni dövr Azərbaycan ədəbiyyatının nümayəndələrindən olan Ruzbeh Məmməd Azərbaycan Yazışılar Birliyinin üzvü, Prezident təqaüdçüsüdür....

"Axrıncı vaqondakı qız" kitabından sonra Ruzbeh Məmmədin qələmə aldığı "GECƏ SAAT ÜÇDÜR VƏ MƏN SƏNİ SEVİRƏM” kitabına axırıncı yox, axarıncı söyləyən dost məclisində təqdim olunan kitab təqdimatı maraqlı nüansları ilə həm də bu zamana qədər keçirilən məclislərdən bir az fərqli formatda oldu....

Son zamanlarda kitaba olan həvəsin belə demək mümkünsə, ölməsinə bu məclisdə başqa ab-havanın gəlməsinin şahidi olduq. Çıxışların təkcə mədhiyyələr üzərində deyil, həm də obyektiv tənqid üzərində qurulması, Ruzbehə dost münasibəti göstərilməsi həmin ab-havadan xəbər verirdi.

Və çoxunu düşündürən bi məqam var idi: Ruzbehi ilk əsərini yandırmağa sövq edən, onu söz orbitindən çıxarmağa çalışan hansı coşan emosiya olub? Bilinmirdi və bilinmir də. Ancaq yandırmadığı şerlərə nəzər yetirəndə görürsən və bilinən də odur ki, Ruzbeh kimi gənc yazar həm də, belə demək mümkünsə, bugünkü gənc yazarların bir simvoludur. Bugünkü gəncliyin bütün intellekti, bütün bacarığı, bütün davranışı, bütün ağrısı, bütün acısı, bütün sevgisi, bütün emosiyası, bütün qarşısına çıxan problemlər, gəncliyə olan bütün laqeydlik Ruzbehin simasında cəmlənib. Və formalaşan bu simada hər kəsin bir boyun yükü var....

Tədbirdə iştirak edən gənc yazarımızın atası Məmmədəli müəllimin sözü olmasın, “Ruzbeh kimi bir ziyalının yetirmək üçün bizim xalq bundan sonra təzədən 23 il də gözləməlidirmi?”. Bu baxımdan gəncliyə qayğı, həvəsləndirmə metodundan istifadə etməklə onları daha da yaradıcı istiqamətə yönləndirmək aidiyyatı strukturların birbaşa borcudur.

Əks təqdirdə obyektiv və subyektiv səbəblər olmaq şərtilə şair də öz kitabını yandıracaq, şairin kitabları da  yandırılacaq. Və belə qorxulu tendensiya da özlüyündə bizim mədəniyyət tariximizə vurulan zərbə olacaq....

Adəm övladının hər birində daxili bir impuls var və bu impulsun çəkisi hərədə bir cür olur. Hər kəsdə müəyyən dərəcədə olan bu impuls özündə şöhrətpərəstlik, hərislik, təkəbbür, qürur, paxıllıq, qısqanclıq, özgə uğuruna, nüfuzuna, yaxud mövqeyinə sevinməmək kimi keyfiyyətləri gizlətməkdədir. Və bəzən bu xüsusiyyətlərin bir qismi insanlarda daha dinamik, daha çılğın formada özünü büruzə verir Bu halda insan yalnız özünü məhv edir, özünü yandırır. Hansısa coşan hislər, hansısa hikkə, hansısa ictimai xarakter baxımından yanlış düşüncələr onu öz ilk kitabını yandırmağa sövq etsə də, belə bir şəraitdə Ruzbeh ədəbiyyatımızı vandalizmə sürükləyənlərdən fərqli olaraq yatmayıb, yollar arayıb, gecə saat üçə qədər sevməyi bacarıb, öldürdüyü sevginin bədəlini də ödəyib...

Ruzbeh öz şeirlərində dünənə söykənib. Şeirlərində dünəndən gələn məqbul ölçülər, normativlər var və Ruzbeh bu normativləri özünəməxsus şəkildə bəzən uşaq təfəkkürü, bəzən bir gənc olaraq təkmilləşdirə bilib, yaddaşından süzülüb gələnləri, yaddaşına hopub qalanları nəzmə çevirib, onu ictimailəşdirib, özünü cəmiyyətdə, cəmiyyəti özündə görüb. Bəzən utancaqlıqla etdiyi korrektələr, həvəslə vurduğu yeni naxışlar, gözqamaşdırıcı bəzəklər səhv anlaşılsa belə, bu sətirləri kəsmək, doğramaq da mümkün deyil. Çünki o yazılanlar yaşanan ömürdür, yaşadığımız ömürdür. Ömrün hansı anını kəsə bildik ki!?

Yaradıcı insanın öz sərbəst seçim azadlığı var. Ruzbehin yaradıcılığındakı ştrixlər də, geyim tərzindən tutmuş danışıq tərzinə qədər – hər birində bu azadlıq hiss olunur. Ruzbeh daşıdığı funksiyanı bilən yazarlarımızdandır, bəlkə elə öz kitabını yandırmaq da buradan bəhrələnib. Bəlkə də zamanın qoltuq ağacına sığınmaq istəməməyi Ruzbehi bu addımı atmağa vadar edib. Kitab Sənin Özünsən, Sən də cəmiyyət tərəfindən vərəq-vəqər oxunursan. Və günlərin bir günündə cəmiyyət sənin özü-özünü yandırmağının şahidi olur. Cəmiyyət ayılır ki, adam özünü, evini yandırıb. Sığındığı dörd divarı öz başına uçurub. Bəlkə də bu kitab yandırma Ruzbehin cəmiyyətə mesajı olub – güzgü effektli mesajı....

İnsan zamanın eybəcərliyini eybəcər zaman kodeksini sırımamaqda görür, yandırdığı kitabla cəmiyyətdəki nəfsin hakimliyinə, yalana od vurur, cəmiyyəti yanan cildin külü altında gizlənən qığılcımlardan götürdüyü odla işıqlı sabaha doğru səsləyir. Ruzbehin son kitabı bax həmin oddur. ...

Son dövr Azərbaycan ədəbiyyatında mənim bildiyim qədərində bütün əlyazmalarını yandıran rəhmətlik Mehdi Bəyazid olub. Və onun da hansı səbəbdən kitablarını yandırması mənə bəlli deyil. Dostlarının yazılarınından bəlli olur ki, rəhmətlik Mehdinin hisləri coşanda hər şeyin altını üstünə çevirərək şoxumlama hikkəsi varmış. Məhz həmin qəzəblə, məhz həmin hikkəylə sındırılmış güzgüdə hər kəs özünə baxarmış. Bu baxımdan Ruzbeh də güzgü sındırmaqda pərgardır...

Nitsşe deyir ki, insanda istedad və intellektlə yanaşı iradə də olmalıdır, yoxsa heç nə alınmayacaq. Ruzbeh ilk kitabını yandıranda yəqin öz iradəsinə arxalanaraq bunu edib. Bəlkə də bunula o, zamanın özünə meydan oxuyub...

Zaman apaydın şəklidə göstərir ki, kitab təqdimatlarında məzmun dəyişkənliyinə böyük ehtiyac var.  RUZBEH Məmmədin kitab təqdimatında da həmin məzmun dəyişkənliyinin əsası qoyuldu desək, yanılmarıq. Şairə xanım XATİRƏ FƏRƏCLİnin qurduğu polemika əsasında çap olunan kitabın bütün özəllikləri,  bütün gözəllikləri, bütün incəlikləri və bütün çılpaqlığı ortya qoyularaq ədəbi mühitin yeni nümayəndələrinə müəyyən tövsiyyələr verildi: “Ədəbi tənqid kitabın təbliği prosesinin aparıcı komponentlərindən birinə çevrilməlidir” deyən Xatirə xanım indiki halda belə yanaşmaların çox az olduğundana da gileyləndi. Xatirə Fərəcli həmçinin onu da vurğuladı ki, “bu gün Azərbaycanda naşirlik  bəsit istehsalçılıqdan o yana keçə bilmirdi. Ancaq şükürlər olsun ki, biz Ruzbehin “İmza günü”ndə bu formatın dəyişməsinin də şahidi olduq 0 həm “Azərkitab”ın, həm də nəşriyyatın sərgilədikləri bu auranın özü də deyilənlərə bir sübutdur. Həm də onun şahidi olduq ki, çoxundan fərqli olaraq Ruzbeh çap etdirdiyi kitaba  ədəbi cameəyə daxil olmaq üçün təqdimat vəsiqəsi, öz tərcümeyi-hallarında yer alacaq istinad mənbəsi kimi baxmayıb. Elə “Azərkitab”la nəşriyyat da bu işə təkcə marketinq fəaliyyəti prizmasından deyil, həm də birbaşa kitab yaradıcılığına olan münasibət kimi baxıb”....

Ruzbeh Məmmədin “İmza günü”nün dəyəri həm də onda idi ki, tədbirin daha maraqlı və daha dolğun keçməsi üçün cəmiyyətin müxtəlif spektrinin nümayəndələri burada iştirak edirdi: gənc şairlər, aktyorlar, qiraət ustaları, marketinq işyilə məşğul olan naşirlər, yurnalistlər və ən əsası sözə ən böyük dəyər verən sadə oxucu kütləsi. Bu baxımdan bəri başdan demək mümkündür ki,artıq Ruzbehin kitabları həqiqi dəyərini alıb...

İGİD TEYMURLU

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qənirə Paşayeva Hatay vilayətində türk dünyası gəncliyinə çağırış edib

Versus.Az Talk TV kollektivini təbrik edir

““Yeni” dediyiniz qüvvələr artıq özləri “köhnə”lərə qarmaq atırlar” - MÜSAHİBƏ

“Müxalifətin içərisinə 30 illik minalar basdırılıb” - MÜSAHİBƏ

“Mənim üçün şeir yazmaq Tanrıyla, kağızla ehtiraslanmaqdır”

İlyas İsmayılovun oğlu öldürüldü

“Və yaxud, “o kimdir ki, onunla bir yerdə olaq, o, hakimiyyətin əlaltısıdır...”” - MÜSAHİBƏ

Xərçəngin yayılmasının ağlagəlməz səbəbləri

Restoranlar barəsində tədbirlər görülməyə başlanıldı

APA-nın əməkdaşı prezidentdən kömək istədi - MÜRACİƏT

AXCP Oğuz rayon şöbəsinin sədrinə və üzvlərinə təzyiqlər davam edir

ALDP-də yağışdan sonra yaranan vəziyyət müzakirə edilib

Azərbaycanda müəllimlərin sertifikatlaşdırılmasına başlanacaq

"At qripi"

Əlil arabasında hərəkət edənlər də istifadə edə biləcək