Bir dəqiqəyə suda əriyən plastik yaradıldı

19:58 19-04-2019 | icon 587 | Maraqlı
Bir dəqiqəyə suda əriyən plastik yaradıldı

Planetimizin plastik tullantılarla çirklənməsi son illərdə qlobal problem halını alıb və dünya ölkələrinin həllli uğrunda çalışdığı məsələyə çevrilib.

İsrailli kimya mühəndisi Şeron Barak bir neçə yüz il ərzində planetə zərər vuracaq plastik tullantıların bir neçə dəqiqədə suda əriməsini təmin edən formul tapıb.

Versus.Az adme.ru-nun məlumatına əsasən xəbər verir ki, Şeron Barakın  kəşf etdiyi yeni plastik növləri bir neçə dəqiqədə suda həll olunur. Ən maraqlısı da budur ki, suda həll olunan plastik heç bir canlıya zərər vermir. Alimin iddiasına görə, onu hətta yemək də olar.

“Plastik sətkanlar təbiətdə 50 il, plastik qablar isə 450 il qala bilər. Mən elə bir material hazırlamaq istədim ki, o həm plastikə bənzəsiz, ucuz başa gəlsin, həm də təbiətə zərər vurmadan suda ərisin. Hazırladığımız psevdoplastik 100 faiz ekoloji təmiz materiallardan hazırlanıb, suda tamamilə həll olunur və təbiətin bir hissəsinə çevrilir”.

Mütəxəssis bildirib ki, psevdoplastikin hazırlanması heç də mürəkkəb deyil. Bu günə qədər plastik materialların hazırlanması üçün istifadə olunan texnika Yer kürəsini çirklənmədən qoruyacaq yeni növ materialın istehsalında da istifadə oluna bilər.Onu qida məhsullarının qablaşdırılmasında və adi plastikin istifadə edildiyi bütün sahələrdə istifadə etmək olar.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür