"“5-ci kolon” vasitəsilə ictimai narazılıq formalaşdırmağa çalışırlar"

10:19 22-04-2019 | icon 555 | Siyasət
"“5-ci kolon” vasitəsilə ictimai narazılıq formalaşdırmağa çalışırlar"

Azərbaycan sabitlik adasıdır, dövlət insanların rahat və təhlükəsiz yaşaması üçün mütəmadi addımlar atır. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan qüdrətli dövlətə çevrilib. Ancaq təəssüflər olsun ki, Azərbaycanın bu uğurlarından narahat olan dairələr var.

 

Versus.Az Trend-ə istinadən xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin deputatı İlham Məmmədov deyib.

İ.Məmmədov bildirib ki, Azərbaycanın inkişafını gözü götürməyən həmin bədxahlar ölkədə ən kiçik problemi belə, faciə həddinə çatdırmağa çalışırlar:

“Dünyanın hər bir ölkəsində problemlər var, qəzalar, təbii fəlakət, texnogen hadisələr baş verir. Ancaq həmin dairələr Azərbaycanda baş verən ən kiçik məsələni qabardaraq faciə formasında təqdim etməyə çalışırlar. Azərbaycanda elə bir sahə yoxdur ki, həmin qüvvələr orada nöqsan axtarmağa cəhd etməsinlər”.

 

Millət vəkilinin sözlərinə görə, xarici ölkələrdə müəyyən ideoloji mərkəzlər var ki, onlar bu gün ayrı-ayrı ölkələrdə qarışıqlıq yaratmaq, dövlət çevrilişləri etmək, hansısa siyasi və iqtisadi maraqlarını təmin etmək üçün fəaliyyət göstərirlər:

“Onlar Azərbaycandakı əmin-amanlığı, xalq-iqtidar birliyini görürlər və öz içərimizdən müəyyən adamları taparaq ölkə daxilində “5-ci kolon” vasitəsilə ictimai narazılıq formalaşdırmağa çalışırlar. Lakin həmin dairələrin cəhdləri həmişə boşa çıxır, çünki Azərbaycan xalqı cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşib”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür