"Biz onların təxribatına getməməliyik"

14:00 23-04-2019 | icon 426 | Siyasət
"Biz onların təxribatına getməməliyik"

Ermənistan Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında saziş imzalanmasına xələl gətirmək istəyir.

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin spikeri Oqtay Əsədov deputat Fərəc Quliyevin müharibə çağırışına münasibət bildirərkən deyib.

O.Əsədov qeyd edib:

“Müharibəyə çağırış etməklə nə əldə edəcəyik? Əgər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək mümkündürsə, niyə müharibə çağırışı etməliyik?”

 

O bildirib ki, Azərbaycan Dağlıq Qarabağda yaşayan ermənilərə Azərbaycan vətəndaşları deyir:

“Biz dünyaya bu cür çağırışlar edirik. Əgər Azərbaycanın şərtlərinin yerinə yetirilməsi və məsələnin sülh yolu ilə həlli imkanı varsa, biz nəyə görə buna qarşı çıxmalıyıq? Erməninin ağılsız bir naziri çıxış edərək deyib ki, “biz Azərbaycandan torpaq almalıyıq”. Onlar başa düşürlər ki, bununla heç nə əldə etməyəcəklər. Ermənistan bu cür çıxışlarla bizi qızışdırmaq istəyir".

 

Spiker vurğulayıb ki, hazırda Ermənistanın çalışdığı məsələ Azərbaycanla Aİ arasında saziş imzalanmasına xələl gətirməkdir:

"Biz onların təxribatına getməməliyik. Azərbaycan Prezidenti bütün dünyada ölkəmizin mövqeyini açıqlayır, ərazi bütövlüyümüz danışıqlar predmeti deyil”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür