Lavrovla ATƏT-in baş katibi arasında Dağlıq Qarabağla bağlı müzakirələrin təfərrüatları açıqlanıb

18:28 08-05-2019 | icon 319 | Siyasət
Lavrovla ATƏT-in baş katibi arasında Dağlıq Qarabağla bağlı müzakirələrin təfərrüatları açıqlanıb

ATƏT-in baş katibi Tomas Qremingerin xahişi ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov onu aprelin 15-i Moskvada baş tutmuş Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı görüşü və görüşlə əlaqədar bəyanat barədə məlumatlandırıb.

 

Versus.Az-ın məlumatına görə, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O bildirib ki, Moskva görüşlərinin yekunlarına əsasən qeyd olunduğu kimi, Azərbaycan və Ermənistanın humanitar sahədə qarşılıqlı fəaliyyətin təşkil olunması perspektivlərində marağı vurğulanıb:

 

“Söhbət münaqişə zonasında stabilləşmə ilə bağlı addımlardan, xüsusilə də kənd təsərrüfatı işləri zamanı atılacaq addımlardan, ölkələrin ərazilərində əsirlikdə saxlanan şəxslərin yaxınlarının görüşə buraxılması imkanları və insanlar arasında təmasların qurulması, o cümlədən KİV nümayəndələri arasında qarşılıqlı səfərlərin təşkil olunması üzrə işə başlamağa hazırlıqdan gedir. Qreminger öz növbəsində ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dəstəyini davam etdirmək niyyətini təsdiq edib”.

 

Xatırladaq ki, S.Lavrovla T.Qreminger arasında görüş aprelin 24-də Moskvada keçirilib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür