Hər il zorlanır, hər il hamilə qalır LAÇIN...

11:44 18-05-2019 | icon 824 | Köşə
Hər il zorlanır, hər il hamilə qalır LAÇIN...

SƏSSİZ ÇIĞIRTILAR...

 

ARZU ZEYNALLI

 

Еhe..hе...heyyy..y..y…!!! Хеyri yохdur... Səsimizə səs verəsi halda deyil. Yad nəfəsdən bulanan ürəyinin hayındadır Laçın...

 

Hər il zorlanır, hər il hamilə qalır... Amma doğub qurtarmaq istəmir Laçın. Düşmənlərin hesablamasına görə, hər il may ayında Laçının döğmaq vaxtıdır. Amma hər doğuş vaxtı yaxınlaşanda qəhərdən, hiddətdən, həsrətdən Laçında açılış olur. Ölü doğur Laçın...

Bu cür doğuş erməniləri nə qədər kədərləndirirsə, Laçını bir o qədər rahatlandırır. Axı o, erməni doğub böyütmək, onu qoynunda bəsləmək, ona döşündən su verib, çörəyindən dadızdırmaq istəmir…

 

Laçının axırıncı dəfə doğub bələdiyi, başı üstündə layla oxuduğu övladlarının yaşları indi еlə Laçının işğal yaşındadır. О müdhiş günü indi də xatırlayır Laçın - …Yeni doğulan körpələrinin göbəklərini elə təzəcə kəsib bələmişdi, təzəcə buz kimi suyundan üzünə çiləyib, təmiz havasından üzünə üfüləmişdi, təzəcə məşhur laylasına başlamışdı ki…

 

...Laçın yad, murdar nəfəsdən boğulduğu vaxtlarda da övladlarını bircə dəfə də olsun yaddan çıxarmır. Hər il may ayında başındakı mamır bağlamış qara şalı ilə üzünü örtür, hönkürür, laylaya bənzər ağı deyir, beləcə doğuluşunda şahidi olduğu sonuncu övladlarının yaşını, bəlkə də yasını qeyd edir…

 

Səsinə səs verəcək Xocalıya, Şuşaya, Xankəndinə, Xocəvəndə, Kəlbəcərə, Ağdama, Cəbrayıla, Füzuliyə, Qubadlıya, Zəngilana tərəf boylanmağa da ürəyi gəlmir. Bilir ki, onlar da hər il zorlanır, hər il hamilə qalır və hər il ölü doğurlar...

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

İsmayıl Osmanlı - 122