Nyu Yorkun Bruklin şəhərində Azərbaycan Günü elan olunub

09:52 28-05-2019 | icon 388 | Siyasət
Nyu Yorkun Bruklin şəhərində Azərbaycan Günü elan olunub

ABŞ-da Nyu Yorkun Bruklin şəhərinin prezidenti Erik Adams Azərbaycan Demokratik Respublikasının 101-cü ildönümü ilə əlaqədar olaraq rəsmi bəyannamə imzalayıb.

 

Bəyannamədə uzun illər boyu Azərbaycan-Amerika cəmiyyətinin mədəni, siyasi və sosial töhfələri qeyd olunaraq Bruklinin böyük və güclü Azərbaycan cəmiyyəti ilə tanındığı vurğulanır.

 

Bu il Azərbaycan Demokratik Respublikasının yaranmasının 101-ci ildönümü qeyd olunduğunu bildirən E.Adams müsəlman dünyasında ilk dəfə olaraq 1918-ci il 28 may tarixində Azərbaycan Demokratik Respublikasının yarandığını qeyd edir və kişilərlə bərabər qadınlara seçki hüququ ilə təmin edildiyini, eləcə də təhsil və sosial həyatda bərabərliyin tanındığı üçün ADR təsisçilərini alqışladığını bildirir.

 

Həmçinin bəyannamədə Azərbaycan və Bruklin arasında 2014-cü ilin 18 noyabr tarixində qardaşlaşmış şəhərlər müqaviləsinin imzalandığı xatırlanır. Bruklin şəhərinin prezidenti Azərbaycanlı və Azərbaycan-Amerika cəmiyyətlərinin uzun müddət ərzində Azərbaycan və ştatlar arasında münasibət qurmaqla Azərbaycan haqqında biliklərin artırılması və Azərbaycan mədəniyyətinin yüksəldilməsi üçün əhəmiyyətli səylərin göstərildiyini də vurğulayır.

 

E.Adams Tək Bruklin olaraq cəmiyyətin inkişafı və bir çoxlarının həyatının yaxşılaşdırılması üçün atılan addımlar üçün öz təşəkkürünü bildirir və 28 may 2019-cu il tarixini Azərbaycan Demokratik Respublikasının 101 illiyi ilə əlaqədar olaraq Bruklində Azərbaycan Günü elan edir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür