Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasında işgüzar görüş...

13:44 30-05-2019 | icon 449 | Mədəniyyət
Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasında işgüzar görüş...

Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının "Turizm imkanlarının kəşf edilməsi"nə həsr edilmiş aylıq işgüzar görüşü keçirilib.

 

Versus.Az trend-ə istinadən xəbər verir ki, mayın 29-da Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası Pullman Hoteldə "Turizm imkanlarının kəşf edilməsi" adlı aylıq işgüzar görüşünü təşkil edib. Tədbirdə 2 xüsusi məruzəçi - Azərbaycan Turizm İdarəsinin icraçı direktoru Florian Sengstşmid, “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin üzvü Cavid Kazımov çıxış ediblər.

 

Tədbirdə, həmçinin “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Əsgər Ələkbərov, fəxri qonaqlar və üzv şirkətlərin nümayəndələri iştirak ediblər.

Görüş Palatanın İdarəedici direktoru Nərminə Səfərovanın açılış nitqi ilə başlayıb. Daha sonra Sengstşmid qonaqları Azərbaycan Turizm İdarəsinin fəaliyyəti, Azərbaycan turizm strategiyasının konsepsiyası, ölkə turizminin inkişafına dair planlar barədə məlumatlandırıb. O, beynəlxalq əməkdaşlığın vacibliyini vurğuladı və yeni tərəfdaşlarla əlaqələr yaratmaq üçün gördükləri işlər barədə danışıb.

 

C.Kazımov isə qonaqlara “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi, eləcə də Azərbaycanın mədəni və tarixi irsi barədə məlumat verib. O, Turizm İnformasiya Mərkəzi, Muzey Mərkəzi, İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi və bu mərkəzlərin fəaliyyəti haqqında danışdı, eyni zamanda muzey kartları, mobil tətbiq, Bakı xanının evinin bərpası, axtarış turu və s. kimi yeni layihələr ilə bağlı qonaqları məlumatlandırıb.

 

Hər bir məruzəçi auditoriyanın suallarını cavablandıraraq çıxışlarını yekunlaşdırıb. Tədbir iştirakçıların əyani tanışlığı üçün təşkil olunan sessiya ilə başa çatıb.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür