"ABŞ Azərbaycan kimi tərəfdaşla əməkdaşlıqda hər zaman maraqlı olacaq"

11:36 03-06-2019 | icon 301 | Siyasət
"ABŞ Azərbaycan kimi tərəfdaşla əməkdaşlıqda hər zaman maraqlı olacaq"

Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında əlaqələr bütün sahələrdə çox yüksək səviyyədədir.

 

Versus.Az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasından olan millət vəkili Sona Əliyeva deyib.

 

S.Əliyevanın sözlərinə görə, Azərbaycan terrorla mübarizədə həmişə ABŞ-ın yanında olduğunu bəyan edib:

“ABŞ Azərbaycanın beynəlxalq səviyyəli layihələrdəki aparıcı mövqeyini dəstəkləyib. Eyni zamanda, Vaşinqton rəsmi Bakının Avropanın enerji təhlükəsizliyi məsələsindəki mövqeyini hər zaman yüksək qiymətləndirib. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan ABŞ üçün etibarlı tərəfdaşdır. Məhz bu baxımdan bir-birinin ardınca Donald Trampın Prezident İlham Əliyevə iki təbrik məktubu ünvanlanması ABŞ-Azərbaycan əlaqələrinin yüksək səviyyədə olmasının göstəricisidir”.

 

Millət vəkili bildirib ki, Donald Trampın göndərdiyi hər iki məktub bundan sonra da iki ölkə arasındakı əlaqələrin yüksələn xətlə inkişaf edəcəyini söyləməyə əsas verir:

“Hazırda bu əlaqələr özünün yüksək inkişaf mərhələsindədir. Bu, birmənalıdır. ABŞ özünün Cənubi Qafqaz siyasətində hər zaman Azərbaycana xüsusi önəm verib və bütün beynəlxalq əhəmiyyətli layihələrimizi dəstəklədiyini bəyan edib. ABŞ Prezidenti “Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfələr və "Cənub Qaz Dəhlizi" təşəbbüsünü irəli sürməklə Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində” Prezident İlham Əliyevin liderliyini dəyərləndirir. Bu, bir daha Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil və prinsipial siyasi kursun təkcə Azərbaycanın milli maraqlarının təmin olunmasına yönəlmədiyini, həm də regionda və daha geniş coğrafiyada səmərəli əməkdaşlıq və qarşılıqlı etimadın yüksəlməsinə xidmət etdiyini göstərir. Azərbaycan bu gün dünya miqyasında böyük nüfuza malik ölkələrdəndir. Heç şübhəsiz ki, ABŞ belə bir tərəfdaşla əməkdaşlıqda hər zaman maraqlı olacaq”.

 

S.Əliyeva vurğulayıb ki, Birləşmiş Ştatlarla Azərbaycan arasında bir çox istiqamətləri əhatə edən münasibətlər mövcuddur:

“Tərəflər arasındakı münasibətlərin hazırkı səviyyəsi böyük məmnunluq doğurur. Azərbaycan Birləşmiş Ştatlarla geniş iqtisadi əməkdaşlıq əlaqələri qurub. Bu əməkdaşlığın əsas istiqamətləri isə Azərbaycanda neft və qaz sektorunun inkişafı, yeni boru kəmərlərinin tikintisi və istismarı, Şərq-Qərb dəhlizi boyu infrastruktur layihələrinin həyata keçirilməsi, qeyri-neft sektoru sahəsində qarşılıqlı ticarətin genişləndirilməsidir. İki ölkə arasında iqtisadi münasibətlərin genişlənməsinin göstəricilərindən biri olaraq ticarət dövriyyəsinin həcmi də ildən-ilə artmaqdadır”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür