“Minsk qrupu buraxılmalıdır!”

01:12 04-06-2019 | icon 915 | Siyasət
“Minsk qrupu buraxılmalıdır!”

“Həmsədrlər bölgəyə sülh yox, ölüm gətirirlər”.

 

Versus.Az Cebhe.info-ya istinadən xəbər verir ki, bunu politoloq Nəzakət Məmmədova deyib. Onun sözlərinə görə, hər dəfə Minsk qrupu həmsədrləri bölgəyə gələndə atəşkəs pozulur, hərbçilərimiz öldürülür:

 

“Bu dəfə də belə oldu, mayorumuz şəhid edildi. Yadınızdadırsa, Hilari Klinton bölgəyə səfər edəndə 5 nəfər əsgərimiz işğal olunmuş ərazimizdəki erməni terrorçuları tərəfindən açılan atəş nəticəsində həyatını itirmişdi. Görünən odur ki, hər dəfə bu səfərlər baş tutduqca günahsız azərbaycanlılar öldürülür və öldürüləcək. Minsk qrupunun müftəxor həmsədrləri bu vəzifələrinə görə yüksək maaş alırlar, diplomatik toxunulmazlıq statusları var, hər dəfə gəlib Xankəndində, Şuşada kabab yeyib, erməni konyakı içib, terrorçularla deyib-gülüb mətbuata bir-iki poz şəkil çəkdirib gedəcəklər deyə, bizim günahsız insanlarımız həlak olmalıdır? Minsk qrupu 25 ildə fəaliyyətində heç bir uğura nail olmayan səriştəsiz təsisat kimi ləğv olunmalı, məsələ başqa bir formatda həll edilməlidir. Türkiyə, Almaniya da daxil olmaqla yeni bir qurum yaradılmalıdır”.

 

Politoloq qeyd edib ki, Ermənistan-Azərbaycan münaqişəsi təkcə Qarabağla məhdudlaşmır, Ermənistanın Naxçıvana da ərazi iddiaları var:

“1921-ci il Qars müqaviləsinə əsasən, Türkiyə Naxçıvanın təhlükəsizliyinin təminatçı dövlətidir, 1991-ci ildən bəri Naxçıvan blokadada olub, orada ağır döyüşlər gedib. Qarabağ və Naxçıvan məsələsi paralel götürülməlidir. Bu baxımdan Türkiyənin Ermənistan-Azərbaycan münaqişəsinə dair yaradılmalı olan yeni təşkilata üzvlüyü vacibdir. Necə ola bilər ki, Fransa kimi regiona dəxli olmayan dövlət Minsk qrupuna həmsədrlik edə bilir, Türkiyə kimi region ölkə isə kənarda qalır? Minsk qrupu buraxılmalıdır!”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür