Məzahir Pənahov prezident seçkilərini müşahidə edəcək

16:49 07-06-2019 | icon 1066 | Siyasət
Məzahir Pənahov prezident seçkilərini müşahidə edəcək

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun başçılıq etdiyi geniş nümayəndə heyəti 2019-cu il iyunun 9-da Qazaxıstanda keçiriləcək növbədənkənar prezident seçkilərini müşahidə etmək məqsədilə bu ölkəyə səfər edib.

 

MSK-dan Versus.Az-a verilən məlumata görə, Qazaxıstan Mərkəzi Seçki Komissiyasının sədri Berik İmaşevin dəvətinə əsasən gerçəkləşdirilən səfər çərçivəsində M.Pənahovun Qazaxıstanlı həmkarı və digər rəsmi şəxslərlə bir sıra görüşlər keçirməsi, ali seçki qurumları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinin perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılması nəzərdə tutulur.

 

Qeyd edək ki, Azərbaycan MSK təmsilçiləri həmçinin, ATƏT/DTİHB, MDB və Türk Şurasının tərkibində də sözügedən seçkilərin müşahidəsinə qatılıblar.

 

MSK nümayəndələri səsvermə günü paytaxt Nur-Sultanda və bölgələrdə yerləşən seçki məntəqələrində müşahidə aparacaqlar.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür