Donald Tramp Kim Çen Inla görüşdü
ABŞ prezident Donald Tramp ilə Şimali Koreya lideri Kim Çen In arasında görüş başlayıb. Görüş Koreya yarımadasında yerləşən hərbsizləşdirilmiş zonada keçirilir. Bu barədə “BBC” xəbər yayıb.
ABŞ prezidentini Cənubi Koreya prezidenti Mun Çje İn müşayiət edib.
Versus.Az xəbər verir ki, “BBC” yazır ki, Donald Tramp Şimali Koreya ərazisinə daxil olan ilk Amerika prezidentidir. Liderlər arasındakı danışıq bir saata yaxın davam edib. Hər iki ölkə lideri nüvə silahı ilə bağlı aparılan danışıqların tezliklə yekunlaşmasını məqsədəuyğun hesab edib.
Fevral ayında onlar arasında keçirilmiş son sammit uğursuz olmuşdu. Son bir ildə iki lider üçüncü dəfədir ki, üz-üzə gəlirlər.
Versus.Az
Xəbər lenti
Tarixi dostluq və mehriban qonşuluq
"Əlaqələr gələcəkdə daha da inkişaf etdiriləcək"