“Ermənistan Rusiyadan uzağa qaça bilməyəcək və biz...”

21:38 10-07-2019 | icon 529 | Siyasət
“Ermənistan Rusiyadan uzağa qaça bilməyəcək və biz...”

Fikrət Sadıqov: “Torpaqlarımız işğal altında qaldığı halda humanitar missiyalar yersizdir”

 

Rusiya və Ermənistan arasında yaranan gərginlik gündəmin əsas müzakirə mövzusu olaraq çözülməkdədir. Yerli ekspertlər yaranmış vəziyyətdən dolayı Rusiyanın Ermənistanı cəzalandıracağı və bu prosesdə Azərbaycanın nə qazanıb, nə itirəcəyini, eyni zamanda Ermənistanın öz təcavüzkar mövqeyindən geri çəkilib-çəkilməyəcəyini fərqli aspektlərdə təhlil edirlər.

 

Versus.Az-ın məlumatına görə, politoloq Fikrət Sadıqov Rusiyanı Ermənistandan narazı salan məqamları və mövcud durumla bağlı vəziyyəti təhlil edrək bir sıra nüanslara aydınlıq gətirib. Bildirib ki, Rusiya ilə Ermənistan arasında gərginliyin olması reallıqdır. Çünki mitinq vasitəsi ilə hakimiyyətə gələn Paşinyan, müəyyən mənada Qərbin dəstəyini alıb və bu da bir neçə mənbələrdə təsdiq olunur:

 

“Paşinyan hakimiyyətə gələndən sonra Qərbə qarşı bir sıra reveranslar etməyə başlayıb. Təbii ki, bu, Rusiyanın tələblərinə cavab verməyən addımlar idi. Məlum gərginliyin artması Putinin yaxın dostu Köçəryanın həbsi ilə də önə çıxdı. Bu, heç də münasibətlərin bitməsi deyil. Çünki Ermənistan Rusiyadan asılı bir ölkədir və Ermənistan da Rusiya üçün önəmli bir “postdur”. Ermənistanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq o, Cənubi Qafqazda idarə olunan bir ərazidir. Ona görə də gərginliyin bu məsələyə mənfi təsir edəcəyini düşünmürəm. Rusiya çalışacaq ki, onları "yola gətirsin". Artıq bir neçə vasitədən istifadə olunub. Düşünürəm ki, Ermənistan Rusiyadan uzağa qaça bilməyəcək. Bu bir həqiqətdir, çünki uzun illər ərzində görmüşük ki, həmişə onların arasında bir münasibət var və bu münasibətlərin arxasında müsəlmanlara qarşı antiislam amilləri durur.

 

“Rusiyanın Azərbaycanla bağlı belə bir siyasət aparacağına inanmıram”

 

Politoloq F.Sadıqov ekspertlərin Qarabağın Rusiyaya birləşdirilməsi ilə bağlı məkirli niyyətlərin təsadüfən ortaya atılmadığını bildirib. Qeyd edək ki, bir sıra ekspertlərin fikirlərinə görə, əgər Moskva erməni iqtidarını ram edə bilməsə, Rusiya Ermənistanı cəzalandırmaq üçün qondarma Dağlıq Qarabağ resbublikasında Krımvari referendum keçirib, separatçı bölgəni "könüllü" olaraq Rusiyaya birləşdirmək qərarını verə bilər. Eyni zamanda Rusiya Qarabağı qaytarmaq üçün Azərbaycana imkan tanımaz.

 

Politoloq deyib ki, mövcud geosiyasi vəziyyətdə Rusiyanın Azərbaycanla bağlı belə bir siyasət aparacağına inanmır.   Əvvəla ona görə ki, Cənubi Osetiya, Krım yaramadası, Donbasla bağlı vəziyyət fərqlidir. Ona görə ki, Azərbaycan özünü nə Ukrayna, nə də Gürcüstan hökuməti kimi aparmır:

 

Yəni onlar Rusiyaya “badalaq” vurur, ona arxasını çevirir, diplomatik əlaqələri kəsir və münasibətlərə zərbə vururlar. Bu da o deməkdir ki, Rusiya Gürcüstana və Ukraynaya qarşı sərt siyasətini bundan sonra da davam etdirəcək”.

 

Azərbaycan torpaqlarının işğal altında qaldığını və bu gün Dağlıq Qarabağın faktiki olaraq Bakıya tabe olmadığını deyən F.Sadıqov, diqqəti beynəlxlq hüquq normalarının tələblərinə  yönəldib:

 

“Rusiyanın bizə münasibətində fərq odur ki, ərazi bütövlüyümüz tanınır. Biz düşünülmüş şəkildə Rusiya ilə münasibətlərimizi pozmuruq. Çünki başa düşürük ki, Rusiyanın siyasəti ilə Azərbaycana, regiona qarşı bir sıra sərt addımlar atıla bilər. Bizim təhlükə nöqtələrimiz çoxdur: Cənubdan, Şimaldan bizə qarşı hər an təxribatlar meydana gələ bilər. Biz bunu nəzərə alırıq. Biz özümüzü nə qədər müstəqil aparsaq da, başa düşürük ki, Rusiyanın bu məsələdə rolu artıq dərəcədə böyükdür. Mən demirəm ki, ruslara qarşı xüsusi məhəbbət hissi aşılamalıyıq. Hər halda düşünürəm ki, əməkdaşlıq  münasibətlərini qırmaq lazım deyil”.

 

Rusiya cəmiyyətində, xüsusən də ekspertləri tərəfindən Azərbaycana qarşı kəskin ifadələrin, açıq ideoloji hücumların tətbiq olunduğunu nəzərə çatdıran politoloq, belə bir zamanda  ehtiyyatlı davanmağın zəruriliyini önə çəkib. Onun sözlərinə görə, biz bu münasibətlərdən istifadə edib öz məsələmizi həll etməliyik.

 

“Fuad Abbasovun deportasiyası bizə qarşı bir mesaj, bir hirsdir”

 

F.Sadıqov bildirib ki, “Qarabağın Rusiya tərəfindən ilhaq edilməsi” məsələsi bir qədər öncə də önə çıxarılıb. Politoloqun sözlərinə görə, belə mesajlar rəsmi dairələrdən gəlməsə də, Rusiyanın radikal qrupları bu yöndə öz işlərini görürlər:

 

“Rusiyada əleyhimizə çalışan çoxlu sayda erməni qrupları var. Fikir verdinizsə, erməni cinayətlərini açan Fuad Abbasov bir ayın içərisində deportasiya olundu. Çünki Rusiyada Dağlıq Qarabağ məsələsinin bizim xeyrimizə, ədalətli şəkildə həll olunması ilə bağlı çıxışlar edirdi. Bu onların xoşna gəlmədi. Orda radikal, ekstpremist, Azərbaycanı sevməyən, bizə qarşı çıxış edən dairələr onu susdurmağa çalışdı.  Ona görə də hesab edirəm ki,  bu gün bizim əsas məqsədimiz bu münsibətləri saxlamaq və onun gərginliyə getməsinin qarşısını almaqdır. Bunu nə qədər məharətlə, peşəkarlıqla etsək, bizim xeyrimizədir”.

F.Sadıqov “Fuad Abbasov məsələsi”-nin Azərbaycana qarşı bir mesaj olduğunu istisna etməyib. Bildirib ki, F.Abbasovun deportasiyası, bizə qarşı bir mesaj, bir hirsdir:

 

“Mən buna şübhə etmirəm. Biz yaxşı bilirik ki, Rusiyada Azərbaycanı sevməyən qüvvələr, maraqlarımıza ziyan gətirən addımları hər an ata bilərlər. Çünki Rusiyada həm siyasi, həm informasiya strukturlarında çalışan kifayət qədər güclü dairələr var ki, erməni diasporaları ilə əlaqələri çox möhkəmdir. Bu faktlar bizim sözümüzü açıq demək imkanlarımızı kəsir. Ona görə də mən bildirdim ki, ehtiyatlı olmağımız bizim xeyrimizədir. Təbii ki, biz bunun üçün oturub kimisə gözləməməliyik. Biz aprel hadisələrini təkrar etməliyik.Eyni zamanda da ümumi münasibətlərimizi qırmağa çalışmamalıyıq. Münasibətləri normal səviyyədə saxlamağa çalışmalıyıq”.

 

F.Sadıqov bir çox ekspertlərin 2019-cu ilin birinci yarısını Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından itirilmiş hesab etməsi və xarici işlər nazirlərinin son görüşündə həmsədrlər tərəfindən işğalçıya qarşı hər hansı təzyiq elementlərinin ortaya qoyulmadığını, ikilistandartların davam etdiyini göstərən təhlillərinə də toxunub. O, bəyan edib ki, vəziyyətin belə davam etməsi aprel döyüşlərinin təkrarlanmasına haqq verir:

 

“Əgər fikir vermisinizsə Vaşinqton görüşündən sonra cəbhə xəttində müəyyən sakitlik müşahidə olunur. Sərhəd bölgəsində təxribatlar törədilmir. Bu da təsadüfi deyil. Bəlkə də Vaşinqtonda ermənilərə müəyyən “qulaqburması” veriblər. Mən onu da istisna etmirəm. Hər halda son bir neçə gün ərzində  girovların dəyişilməsi  prosesi bir başlanğıc ola bilər. Yəni  bu saktlik təsadüfi deyil. Görünür ki, Vaşınqtonda bir neçə saat ərzində aparılan danışıqların nəticəsində belə təkliflər irəli sürülüb. Onu da yaddan çıxarmayaq ki, Trampın köməkçisi Bolton Azərbaycan və eməni naziri ilə təkbətək görüşüb. Orda nə deyildiyini bilməsək də, hər halda sərhəddə sakitliyi müşühidə edirik. Amma bu o demək deyil ki, bütün məsələlər həll olunub”.

 

Politoloq eyni zamanda beynəlxalq təşkilatların “cəbhə xəttində sülhməramlı qüvvələrin yerləşdirilməsi, humanitar münasibətlərin genişləndirilməsi” fikri ilə razı olmadığını önə çəkib. Bildirib ki, sülhməramlıların Qarabağda yerləşdirilməsinin vaxtı çatmayıb. Politoloq deyib ki, birinci növbədə torpaqlar işğaldan azad olunmalıdır:

 

“Amma ermənilər bu görüşlərin mahiyyətini başa düşmədilər. Ermənilər bizim danışıqlara yönəlik addımlarımızı Azərbaycanın onlara baş əyməsi kimi anlayır”.

 

F.Sadıqov bəyan edib ki, torpaqlarımız işğal altında qaldığı halda humanitar missiyalar yersizdir:

 

“Əsirlikdə qalanların öz vətənlərinə qaytarılması imkanları yaradıla və kimlərsə görüşdürülə bilər və sair. Buna etiraz etmək olmaz. Amma geniş şəkildə humanitar münasibətlərin yaradılmasının vaxtı çatmayıb. Birinci addım o tərəfdən atılmalıdır. Torpaqlar işğaldan azad ediləndən sonra humanitar məsələlər, sülhməramlılarn regiona gəlişi ilə bağlı danışmaq olar”.

 

F.Sadıqov hazırda beynəlxalq qurumların hələ də yalnız danışıqlara və insanların sülhə hazırlanması prosesinə üstünlük verdiyini qeyd edərək, bildirib ki, Ermənistan qeyri-konstruktivliyi və işğaldam əl çəkməməyi halda sülh variantı məntiqsizdir:

 

“Torpağı işğl olunmuş xalqın sülhə hazırlanması absurddur. 20 faiz torpğı işğal olunmuş xalq, hansı sülhə hazırlana bilər?! Amma burda Madrid prinsipləri var və o da həmsədrlər tərəfindən irəli sürülmüşdü. O prinsiplərə görə Azərbaycan torpaqlarının azad olunması prosesi başlanır, qaçqınlar öz torpaqlarına qayıdır, sonradan Dağlıq Qarabağın statusu ilə bağlı danışıqlar davam edir. Bu Madrid prinsiplərindən sonra isə yenilənmiş Madrid prinsipləri irəli sürülmüşdü. Hər halda bunu həm beynəlxalq strukturlar, həmsədrlər təsdiq etmişdilər. Biz buna razılaşsaq da, erməni tərəf razılaşmadı. Faktiki olaraq o vaxt  radikal qüvvələr tərəfindən prezident Sarkisyana təzyiqlər edildi. Ona görə də həmsədrlər, beynəlxalq təşkilatlar xalqların yaxınlaşmasından danşırlarsa və həqiqətən bunu istəyirlərsə birinci növbədə bu prinsiplərə əməl etməlidirlər”./Üç nöqtə/

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili