Qarabağda ümidverici qığılcımlar yaranır

20:45 13-07-2019 | icon 458 | Siyasət
Qarabağda ümidverici qığılcımlar yaranır

Qulu Məhərrəmli: “Azərbaycanın haqlı mövqeyinin önə çıxması bizdə böyük ümidlər yaradır”

 

Rusiyalı ekspert Denis Korkodinovun Azərbaycan mətbuatında işğalçı Ermənistan və beynəlxalq qurumlara yönəlik ittihamlayıcı çıxışının ardınca amerikalı ekspert Piter Teysinin Qarabağın Ermənistan tərəfindən işğalının dərhal dayandırılması ilə bağlı etdiyi çıxışı ilk baxışdan beynəlxalq aləmin münaqişə ilə bağlı irəliyə doğru addımlaması ehtimalını yaradır. Qeyd edək ki, amerikalı ekspert Dağlıq Qarabağın Azərbaycanın suveren ərazisi olduğunu və bu regionun Azərbaycan millətinin və iqtisadiyyatının ürəyi hesab olunduğunu önə çəkən çıxışı ilə diqqət çəkib. Lakin illərdir davam edən nəticəsiz danışıqlar və həmsədr dövlətlərin məsələyə ikili yanaşmaları bu çıxışlara qarşı birmənalı olmayan münasibətləri ortaya qoyur.  Rusiya və Amerika ekspertlərinin bu çıxışlarının arxasında hansı maraqların dayandığı, yaxud Qarabağ münaqişəsinin həllinə yönəlik hansı dəyişikliyin baş verdiyi sualı meydana gəlir.

 

Versus.Az-ın xəbərinə görə politoloq Qulu Məhərrəmli bildirib ki, Qarabağ məsələsi ilə bağlı belə ümidverici qığılcımlar zaman – zaman yaranıb. Onun sözlərinə görə, Azərbaycan tərəfini qane edən belə addımlar vaxtaşırı olur və bu da Azərbaycan cəmiyyətində müəyyən ümidlər doğurur.

 

Q.Məhərrəmli xüsusilə, son vaxtlar həmsədrlərdən və Avropa İttifaqı rəhbərinin Azərbaycana səfəri zamanı, “Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır” kimi bəynatları, nəhayət heç bir şərt irəli sürmədən probemin dövlətin ərazi bütövlüyü çərçivəsində  həlli ilə bağlı danışıqların davam etdirilməsi kimi fikirlər çox müsbət hal və yeni mesajlar kimi dəyərləndirib.

 

Bu dəfə artıq həm böyük dövlətlərin xarici siyasətində,  həm ATƏT-in Minsk qrupunda  qəti mövqe nümayiş etdirilir. Lakin bütün bu addımların konket nəticə ilə bitəcəyini söyləmək çətindir. Çünki proseslər onu göstərir ki, son 10 ildə Qarabağ məsələsi beynəlxalq hüquq və beynəlxalq siyasətin  elementi kimi işlənilir. Bəzən bu məsələ dövlətlərarası münasibətlərdə birinin digərinə təzyiqi ilə bağlı önə gətirilir, bir alətə, vasitəyə çevrilir. Bu, məsələnin çox təhlükəli tərəfidir. İkinci bir tərəfdən Prezidentin ümidverici mesajları olsa da, bizə elə gəlirdi ki, uzun  illərdir Azərbaycan diplomatiyası çox səmərəsiz  fəaliyyət göstərir. Lakin kəskinləşən bu münasibətlər sistemində Azərbaycan diplomatiyasının məharətlə Qarabağ məsələsini önə gətirməsi, yəni münaqişənin həllini sürətləndirməsi müşahidə olunur".

 

Politoloq bildirib ki, bu gün Azərbaycan diplomatiyasının bir tərəfdən bölgədə münaqişənin həllini yetişdirən situasiyanı qabartması ilə yanaşı Ermənistan-Rusiya, Ermənistan -Qərb münasibətlərindən faydalanması da çox vacibdir:

 

“Bəli, Azərbaycanın haqlı mövqeyinin önə çıxması bizdə böyük ümidlər yaradır. Amma bunlar qəti nəticə üçün kifayət deyil.  Bu o zaman mümkün olacaq ki,  qəti addımlar atılsın. Yəni bu problemlər Rusiyanın nəzarətindən çıxmalıdır. Məsələni həm Azərbaycanda - Qarabağda yaşayan Azərbaycan vətəndaşları, həm Ermənistan üçün  beynəlxalq səviyyədə təminatların verilməsi fonunda  həll etmək mümkündür. İndiki halda deyə bilərik ki, Qarabağ münaqişəsinin həlli yolundakı maniələr aydınlaşır, mövqelər qətiləşir. Bunun üçün də Azərbaycan diplomatiyası öz səmərəli işini davam etdirməlidir. Ordunun hazırlığı yüksək səviyyədə olmalıdır. Çünki bu məsələ lokal müharibələrsiz, toqquşmalarsız həll olunmayacaq.  Ona görə də hesab edirəm ki, həm hərbi, həm diplomatik mexanizmlər işləməli və Azərbaycan məsələnin həlli üçün konkret addımlara keçməlidir”.

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür