Türmə rəisləri bir araya toplaşdı - Pentensiar Xidmətdə müşavirə/Foto

21:41 17-07-2019 | icon 871 | Cəmiyyət
Türmə rəisləri bir araya toplaşdı - Pentensiar Xidmətdə müşavirə/Foto

Bu gün Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Baş idarəsində 2019-cu ilin birinci yarımilliyinin yekunlarına həsr olunan əməliyyat müşavirəsi keçirilib.

 

Versus.Az xəbər verir ki, Ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi ədliyyə general-leytenantı Ceyhun Həsənovun sədrlik etdiyi müşavirədə Xidmətin Baş idarəsinin, eləcə də tabe qurumların rəhbər heyəti və Ədliyyə Nazirliyinin məsul əməkdaşları iştirak ediblər.

 

Ədliyyə general-leytenantı Ceyhun Həsənov tədbiri açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə qaldırılan məsələlərlə bağlı ədliyyə orqanlarının üzərinə düşən vəzifələrin icrası istiqamətində bir sıra kompleks tədbirlərin həyata keçirildiyini qeyd etmişdir. Nazir müavini ölkə başçısı tərəfindən imzalanmış «Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında» sərəncamı və «Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün Dövlət Proqramı» hüquqi islahatların növbəti mərhələsinə start verildiyini vurğulamışdır. Diqqətə çatdırılmışdır ki, hüquq-mühafizə orqanlarının, o cümlədən Penitensiar xidmətin əməkdaşlarının sosial müdafiəsi də ölkə başçısının diqqətindən kənarda qalmamış, müvafiq sərəncamlarla vəzifə maaşları artırılmış, digər sosial yönümlü tədbirlər həyata keçirilib.

Eyni zamanda dövlət başçısının imzaladığı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamın icrası davam etdirilmiş, penitensiar müəssisələrin fəaliyyətinin müasirləşdirilməsi, infrastrukturun yenilənməsi və idarəçilik mexanizminin təkmilləşdirilməsi istiqamətində müvafiq işlər görülüb.

Bildirilib ki, hesabat dövründə cəza-icra fəaliyyətini tənzimləyən qanunvericilikdə nəzərdə tutulmuş müxtəlif sahələr üzrə uzunmüddətli dövlət proqramlarında, Ədliyyə Nazirliyinin Kollegiya qərarlarında öz əksini tapmış tapşırıqların yerinə yetirilməsi nəzarətdə saxlanmış, Baş idarənin, tabe qurumların maddi-texniki bazasının inkişafına, fəaliyyətin səmərəliliyinin artırılmasına, nizam-intizamın möhkəmləndirilməsinə, nöqsanların aradan qaldırılmasına xüsusi diqqət yetirilmişdir. Məhkumların ictimai faydalı əməyə cəlb olunması, cəzaçəkmə müəssisələrində mövcud istehsal sahələrinin bərpa edilməsi istiqamətində görülmüş işlər barəsində ətraflı danışaraq 2019-cu ilin birinci yarımili ərzində yaradılmış istehsalat sahələrində çox sayda yeni iş yerlərinin açıldığını xüsusilə nəzərə çatdırıb.

Penitensiar xidmətin rəis müavini, ədliyyə general-mayoru Oqtay Məmmədov Xidmətin 2019-cu ilin ilk altı ayı ərzindəki fəaliyyətinin yekunlarına dair hesabat məruzəsi ilə çıxış etmişdir. Diqqətə çatdırılmışdır ki, ölkə başçısının humanist siyasətinin növbəti təzahürü olan 16 mart tarixli əfv sərəncamı məhkumlar və onların ailələri tərəfindən sevinc və minnətdarlıq hissi ilə qarşılanmış, 402 məhkum,o cümlədən azadlıqdan məhrum etmə cəzasını çəkən 399 məhkum cəzanın qalan hissəsini çəkməkdən azad edilmiş, 3 məhkumun isə ömürlük azadlıqdan məhrum etmə cəzası müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunub.

Hesabat dövründə Cinayət Məcəlləsində dəyişikliklərə dair Qanunun icrası davam etdirilmiş, penitensiar müəssisələrdə cəza çəkən 6549 məhkum barədə müvafiq sənədlər məhkəmələrə təqdim edilmişdir. Məhkəmə qərarları əsasında 655 məhkum cəza çəkməkdən azad olunmuş, 2512 məhkumun cəza müddəti azaldılmış, 437 məhkumun cəzaçəkmə rejimi dəyişdirilmişdir.

Penitensiar xidmətin Baş idarəsində əməliyyat müşavirəsi keçirilmişdirPenitensiar xidmətin Baş idarəsində əməliyyat müşavirəsi keçirilmişdir2019-cu ilin birinci yarım ili ərzində həbs edilmiş şəxslərə və məhkumlara qadağan olunmuş, habelə saxlanmasına icazə verilməyən əşyaların daxil olmasının qarşısının alınması, onların müəyyən edilərək götürülməsi prosesi davam etdirilmişdir. Axtarış-baxış tədbirlərinin keyfiyyətli keçirilməsi, əməliyyat-rejim tədbirlərinin daha səmərəli təşkili nəticəsində həbs edilmiş şəxslərdən, məhkumlardan və digər şəxslərdən 29 litr qıcqırdılmış maye, 40 fakt üzrə 58,581 qram narkotik və psixotrop maddə, 47 mobil telefon aşkarlanaraq götürülüb.

Digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyət nəticəsində 385 müxtəlif cinayətin üstünün açılmasına köməklik göstərilmişdir. Penitensiar Xidmətin əməliyyat aparatının təşəbbüslü məlumatları əsasında daxili işlər orqanları ilə birgə keçirilən əməliyyat tədbirləri nəticəsində həbs edilmiş şəxslər və məhkumlar tərəfindən könüllü olaraq təqdim edilmiş odlu və soyuq silah, habelə sursat götürülərək aidiyyəti orqanlara təhvil verilmişdir.

Penitensiar xidmətin Baş idarəsində əməliyyat müşavirəsi keçirilmişdirPenitensiar xidmətin Baş idarəsində əməliyyat müşavirəsi keçirilmişdirBaş idarədə və tabe qurumlarda təmir-abadlıq işləri davam etdirilmişdir. Bir sıra müəssisələrdə təbii qazla təchizat problemi tamamilə həll edilmiş, işıq, qaz və su sərfiyyatında israfçılığa yol verilməyib.

Tərbiyə işinə, xüsusilə məhkumların asudə vaxtlarının səmərəli təşkilinə, onlarla sosial yönümlü işə aidiyyəti dövlət strukturlarının, o cümlədən qeyri-hökumət təşkilatlarının cəlb olunmasına xüsusi diqqət yetirilib.

Müşavirədə Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrinin rəhbərlərinin çıxışları dinlənilib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür