Xarici diplomat AXH-nin ofisinə polis basqısı ilə maraqlanıb

15:10 18-07-2019 | icon 521 | Siyasət
Xarici diplomat AXH-nin ofisinə polis basqısı ilə maraqlanıb

Azərbaycan Xalq Hərəkatının (AXH) İdarə Heyətinin üzvü, Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Avropa İttifaqının Azərbaycan Respublikasındakı səfirinin siyasi müşaviri Dr.Auşra Raişite-Daukantiene ilə görüşüb.

Versus.Az xəbər verir ki, ALDP mətbuat xidmətinin yaydığı məlumata görə, görüşdə Azərbaycanda ictimai-siyasi vəziyyət, AXH və ALDP-nin fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdə xanım müşavir AXH-nin ofisinə polis basqısı ilə maraqlanıb. Fuad Əliyev AXH-nin yartandığı gündən üzvlərinin iqtidar tərəfindən təzyiqlərə məruz qaldığını bildirib. 25 may mitinqinə bir həftə qalmış 100-ə yaxın hərəkat üzvlərinin saxlanılması, onlara təzyiq göstərilməsini qeyd edib. Təyin olunan 20 iyul yürüş-mitinqə bir həftə qalmış polis tərəfindən Hərəkatın yeni ofisinə basqın olduğunu bildirib.

Daha sonra Fuad Əliyev və xanım Müşavir insan haqları, siyasi məhbuslar, müxalif fikirli vətəndaşlara təzyiglərlə bağlı fikir mübadiləsi aparıbalr.

Tərəflər belə görüşlərin davamlı olması razılığına gəliblər.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür