“Mən Prezidentimizdən və vitse-prezidentimizdən xahiş etmək istəyirəm…”- MÜSAHİBƏ

07:59 23-07-2019 | icon 882 | Siyasət
“Mən Prezidentimizdən və vitse-prezidentimizdən xahiş etmək istəyirəm…”- MÜSAHİBƏ

Hazırda Türkiyədə yaşayan beynəlxalq münasibətlər üzrə ekspert, politoloq Ramiyə Məmədovanın Versus.Az-a müsahibəsi.

 

 - Ramiyə xanım, uzun müddətdir ki, Türkiyədə yaşayır və fəaliyyət göstərirsiniz. Oradakı siyasi çevrələrin Azərbaycana olan münasibəti bəllidir. Ümumilikdə Türkiyə ictimaiyyətinin ölkəmizə münasibəti barədə nə deyə bilərsiniz?

 

  

-Bəli bir müddətdir ki, artıq Türkiyədəyəm. Bildiyiniz kimi Türkiyə-Azərbaycan münasibətləri 1991-ci ildən, yəni sərhədlər açıldıqdan sonra bərpa olundu və bu günə qədər də ”bir millət, iki dövlət”münasibətini sürdürür. Türkiyə ilə Azərbaycanın əməkdaşlığı  iqtisadi, siyasi, təhsil və bir cox digər sahələrdə müsbət yöndə inkişaf edir. Türk iş adamları Azərbaycana telekommunikasiyadan tutmuş, qidaya gədər  yatırımlar elədilər və eyni qaydada bizim iş adamlarının Türkiyədə yatırımları var. Bildiyiniz kimi artıq dövlətlərimiz beynəlxalq səviyyəli birgə layihələr həyata keçirirlər. İlk olaraq belə bir layihələrdən birini - Bakı-Tiflis-Ceyhan neft boru kəmərini qeyd etmək olar. Hansı ki, Türkiyə bu layihələrlə Azərbaycan üzərindən  Rusiya və MDB məkanına  - bazarına cıxa bilir. Təbii ki,  Azərbaycan da Türkiyə üzərindən Avropa bazarına cıxır. Əlbəttə ki, iki dövlət arasındakı bu iqtisadi, siyasi, mədəni əlaqələr Türkiyə ictimaiyyətinə də yansıyır. Azərbaycanlılarla türklər arasında mədəni münasibətlərdə elə bir yaxınlaşma vardır ki, bu, iki ölkə vətəndaşlarını birgə nigahlara qədər aparıb çıxarır. Bir cox Türkiyə vətəndaşları Azərbaycanda işləyib və yaşayırlar, eləcə də azərbaycanlılar.

 

Lakin bilirsiniz ki, bütün insanlar hər yerdə bir-birini eyni qaydada sevib qəbul edə bilməz, eyni qaydada bir-birinə uyuşmazlar. Yəni insan faktoru, fərqli xarakterlər, dünya görüşləri bu məsələdə  əsas rol oynayır. Ümümilikdə isə türklər Azərbaycana qarşı müsbət münasibətdədirlər və Azərbaycanı sevirlər, amma haqqımızda məlumatları çox azdır.    

 

  

 - Sizcə Türkiyədə siyasi partiyalardan hansı birinin hakimiyyətdə olması Azərbaycan üçün daha əlverişli hesab oluna bilər: AKP-nin gedişi, CHP-nin gəlişi diplomatik mənada Azərbaycana olan münasibətləri hansı müstəvidə dəyişə bilər?

 

- Türkiyədə hər zaman hakimiyyət dəyişikliyi olub. Gələn hökümətin və hakimiyyətin hər biri öz platforması, daxili və xarici siyasəti ilə secilib. Azərbaycan müstəqil dövlət olduqdan sonra Türkiyə dövləti ölkəmzlə dost-qardaş münasibətlərini daha da inkişaf etdirmək yolunu tutub. Əlbəttə ki, hər dövlət başçısı xarici siyasətində şəxsi xüsusiyyətləri ilə də secilib. Bilirsiniz,  prezident Süleyman Dəmirəlin mərhum Heydər Əliyevlə cox gözəl münasibətləri vardı, bu, indi də Tayyib Ərdoğanla İlham Əliyevin münasibətlərində davam edir və mən deyərdim ki, bu, iki dövlət başçısının işgüzar münasibətindən də artıq qardaşlıq münasibətidir. Bü gün AKP-nin, Ərdoğanın simasında hər zaman Azərbaycana Qarabağ məsələsində diplomatik dəstək verdiyini bilirik.  Lakin hansısa  hakimiyyətin və yaxud da prezidentin dəyişməsi ilə Azərbaycana olan münasibət dəyişməz, cünki bu əslində Türkiyə dövləti üçün də zərərli ola bilər. Burada daha öncə də vurğuladığımız kimi iqtisadi maraqlar ön plana cıxır vəTürkiyənin özü üçün də sərfəlidir.

Digər tərəfdən bu münasibətlərin qorunması və inkişafı əslində özümüzdən asılıdır. Səmimi olmaq lazımdır, cox təəsüflə deyə bilərəm ki, qardaş dövlətlər olmağımıza baxmayaraq Türkiyədə Azərbaycanı lazımi dərəcədə tanımırlar. Necə deyərlər adımız səslənsə də, mədəniyyətimizi çox az bilirlər və bu istiqamətdə Türkiyədə görülən işlər görünməyəcək dərəcədə azdır. Türkiyədə Azərbaycanla bağlı kanallar, teleproqramlar, Tv-lər, ictimai-siyasi təşkilatlar, qəzetlər, jurnallar yoxdur. Azərbaycanla bağlı televerilişlərin, filmlərin yayımlanmaması mədəni əlaqələrin inkişafı baxımından problemlər yaradır. Azərbaycanda balaca bir uşaq belə türkçə danışa, anlaya bilir. Bu da birinci növbədə ölkəmizdə  türk filmlərinin, verilişlərinin, cizgilərinin kifayət qədər izlənilməsi ilə bağlıdır. Düşünürəm ki, Azərbaycanın, onun dilinin eyni qaydada Türkiyədə sevilməsi üçün burada da mətbuat, televiziya və digər istiqamətlərdə addımlar atılmalıdır. İstər Türkiyə hökməti, istərsə də Azərbaycan tərəfi qarşılıqlı əməkdaşlıq proqramlarında bu məsələyə xüsusi diqqət ayırmalıdırlar.                          

 

 

 –Ramiyə xanım, təbii ki, hər bir dövlətin özünün maraqları və tələbləri var. Siz də qeyd etdinniz, bilirik ki, qardaş Türkiyə iqtidarı bu gün Rəcəb Tayyib Ərdoğanın simasında bir çox hallarda Qarabağ məsələsini gündəmə gətirir, beynəlxalq tribunalarda Azərbaycanın mövqeyini müdafiə edir. İstər -istəməz qardaş ölkənin müxalifətindən də belə addımlar atılmasını gözləyirik. Cəmiyyətdə ilk yaranan sual da budur: Türkiyə müxalifəti  Qarabağ məsələsinə münasibətdə niyə passivdir və nəyə görə Fələstin, Suriya və digər müsəlman ölkələri ilə müqayisədə Azərbaycana qarşı soyuq davranır. Buna fikriniz?

 

- Bəli, sizinlə razıyam, öncə də vurğuladığım kimi Ərdoğan Qarabağ məsələsində Azərbaycana dəstək verir. Müxalifət isə bu sahədə passivdir, bunun nədənlərini yəqin ki, o partiyaların icində gedən proseslərdə, partiyaların üzvlərində, onların yürütdüyü siyasətdə axtarmaq lazımdır. Cünki bilirsiniz ki, Türkiyə cox millətlərin yaşadığı bir ölkədir. Yəni bu cəmiyyətdə, həm də dediyimiz o partiyalarda üzdəniraq millətin nümayəndəri mütləq var.  Türkiyə “Suriya və Fələstinə daha cox atalıq edir”- desək  yanılmarıq, cünki müharibə gedən bu müslüman dövlətlərə Türkiyə hər zaman maddi, mənəvi və hərbi dəstək verib, bizə isə qardaşlıq edir.      

 

 

 

“Azərbaycanın Türkiyədəki Konsulluğu öz öhdəsinə düşən işləri görə bilmir”

 

 

-Deməli, bu prosesdə diasporalarımızın üzərinə böyük məsuliyyət düşür. Qarabağ münaqişəsi və ölkəmizin milli maraqlarını əks etdirən digər məsələlər baxımından Türkiyədəki Azərbaycan diasporunun fəaliyyətini necə qiymətləndirirsiniz?

 

-Açığını desəm, mən Türkiyədə hec bir diasporanın fəaliyyətini görmürəm. Əlbəttə burda bir necə Türkiyə-Azərbaycan dərnəkləri var ki, onların da hər birinin işi göz qabağındadır, yəni əslində adları var, özləri yoxdur. Ən böyük bədbəxtçiliyimiz də budur ki, real iş görən qurumlar yoxdur. Bilirsiniz, mənim bu sözlərimi cox adam yaxşı anlayacaq. Burda guya fəaliyyət qöstərən dərnəklər maliyyə dəstəyi almaq ücün bir iki jurnalisti  toplayır və guya Azərbaycan naminə “tədbirlər” keçirdiklərini göstərirlər. Lakin bu “göstərinin” Azərbaycanın layiqincə tanınmasına və ya diaspor fəaliyyətinə hec bir təsiri yoxdur. Eyni qaydada mən Azərbaycanın yetərincə tanınmamasında əsas məsuliyyətin Diaspora Komitəsinin və Azərbaycanın Türkiyədəki Konsulluqlarının üzərində olduğunu düşünürəm. Əlbəttə, mən İstanbulda yaşadığım ücün ilk növbədə Azərbaycanın İstanbuldakı Konsulluğunu nəzərdə tuturam. Burdakı Konsulluq orda yaşayan insanlarımızın problemləri ilə maraqlanmalı, ölkəmizin tanıdılması müstəvisində fəaliyyət göstərməli və təbii ki diaspora nümayəndələri, insanlarla sıx  əlaqələr yaratmaqla problemlərin aradan qaldırılmasına çalışmalıdırlar.  Lakin təəssuf ki,  burda yaşayan  soydaşlarımız konsulun üzünü belə görməyiblər.  Azərbaycanın Türkiyədəki Konsulluğu öz öhdəsinə düşən işləri görə bilmir. Əslində isə Azərbaycan-Türkiyə arasında mövcud olan qardaşlıq və qurulan əməkdaşlıqlar konsulluğun Türkiyə ictimaiyəti ilə müştərək tədbirləri ilə daha da sıxlaşa bilər və Azərbaycan haqqında daha ətraflı məlumatlara malik ola bilərlər. Təbii ki,  bura Azərbaycanla bağlı çap, onlayn media və jurnalların, qəzetlərin nəşri, Türkiyənin nüfuzlu qəzetləri ilə əməkdaşlıqlar və dərgilərdə daim ictimaiyyət qarşısındakı çıxışlari ilə mümkündür.

  

 

-Ramiyə xanım, bilirik ki, Türkiyədə kifayət qədər soydaşımız yaşayır ki, bunlar həm uzun zamandır Türkiyə  vətəndaşı olan soydaşlarımız, həm də sonradan Azərbaycandan gedənlərdir. Nəyə görə bu günə qədər onların öz televiziyaları, orta və ali məktəbləri yoxdur?

 

 

- Turkiyədə fəaliyyət göstərən və yaşayan cox millətlər var və hər biri burada özünə layiqli yer tutmağa, öz xalqını, öz dilini, öz mədəniyyətini tanıtmağa çalışırlar. Elə qötürək bizim qonşu və düşmənimiz olan erməniləri. Onlar Türkiyədə orta məktəb açıb uşaqlarına təhsil verdirirlər, amma bizim uşaqların gedə biləcəyi bir Azərbaycan məktəbi tapmarsınız. Burda yaşayan azərbaycanlı uşaqları problemlər içində böyüyürlər, hamısı savadsız və agır işlərdə çalışmağa məruz qalırlar. Bizim uşaqların onlardan nə əksikliyi var?.. Bunu artıq dövlət səviyyəsində həll etmək lazımdı. Çünki burda yaşayan  və böyüyən hər bir uşaq bizim vətənin kapitalıdır, təmsilçisidir. Onlara elə münasibət göstərilməlidir ki, gələcəkdə o uşaqlar böyüyüb Türkiyədə müəyyən ali strukturlarda yerlşə bilsinlər. Şünki o bizim ölkənin adını daşıyacaq, onun təbliğatçısı kimi formalaşacaqdır. Ümümiyyətlə, burda yaşayan soydaşlarımızın yetərincə həll olunmayan problemleri movcuddur və onların da Azərbaycan və Turkiyə dövlətləri tərəfindən birgə həlli vacibdir. Sadəcə təssüf ki, bu problemləri araşdırıb dövlət başcımıza  təqdim edəcək strukturlar, eləcə də diasporalarımız, konsulluqlar lazımi dərəcədə çalışmırlar.

 

Siz televiziya məsələsini də düzgün vurğuladınız. Erməni lobbisi qardaş Türkiyədə qəzet, televiziya və radio açıb, yeri qələndə də Türkiyəni soyqırımla suçlayırlar. Lakin bizim bir qəzetimiz, jurnalımız belə yoxdur. İstanbulda bir müddət öncə SOCAR-ın təsisçiliyi ilə azərbaycanlılar tərəfindən “Haber Qlobal” Tv kanalı açılıb ki, Azərbaycanı  təbliğ etsin. Lakin mən hələ o Tv- də Azərbaycan haqda bir kəlmə də duymamışam. Demək, kimlərsə dövlətin pulundan və adından istifədə edərək özləri üçün işləyir. Belə olmaz,  harda olursan ol, ilk öncə milli maraqlarını qorumalı, sonra öz həyatın ücün hər şeyi etməlisən. Bu məsələlər çox ürək ağrıdan məsələlərdi və bunun üçün də biz birləşməliyik ki, bir millət olaraq bir vahidlik təşkil edərək öz vətənimizə xeyir verək. Mən üzümü tutub Prezidentimizdən və vitse-prezidentimizdən xahiş etmək istəyirəm ki, onlar bu məsələni ciddi nəzarətlərinə götürsünlər. Çünki əgər belə acınacaqlı vəziyyət qardaş dediyimiz ən yaxın ölkədə baş verirsə, onda uzaq ölkələrdə görülən işlərdən hec danışmağa dəyməz.  

 

-Ramiyə xanım, soydaşlarımızın Türkiyənin ictimai-siyasi çevrələrdəki passiv fəaliyyətini nə ilə əlaqələndirərdiniz?

 

- Türkiyədə xeyli sayda soydaşlarımız yaşayır və işləyirlər. Onların coxu əlbəttə ki, ölkənin siyasi həyatında aktiv fəaliyyət göstərə bilməzlər. Lakin onların arasında yetərincə ziyalı, oxumuş, savadlı insanlar var. Bu insanların hər biri Azərbaycanı sevən, tanıyan və onun üçün çalışmağa can atan insanlardı. Lakin yenə də dediyim məsələnin üzərinə gəlirik: Azərbaycanı burda tanıtmaq üçün güclü diaspor işi aparılmalıdır. Konsulluqlar öz soydaşı olan insanları tanımalı, üzə cıxartmalı və Türkiyə ictimaiyyətinə təqdim etməlidirlər. Yəni biz özümüzü, öz dərdimizi dünyaya daha yaxşı, daha ətraflı formada çatdıra bilərik. Tutaq ki, təkcə Xocalı soyqırımının anım günündə cəmiyyətə daha geniş formatlı məlumatlar ötürülə bilər. Eyni zamanda bu faciə ilə bağlı təbliğat hər gün ən yüksək formalarda aparılmalıdır ki, dünya erməni vandalizmini beyninə həkk etsin. Azərbaycan və onun həqiqətləri, tarixi barədə  daha çox bilgilərə sahib olan insanlar danışmalıdırlar- televiziyalarda, qəzetlərdə, radiolarda… Televiziyalarda Azərbaycanı düzgün təqdim edən, sevən və onun üçün calışan insanlar cıxış etməlidirlər. Bu gün Türkiyədə yaşayan azərbaycanlıların sayı səhv etmirəmsə Rusiyadan yaşayanlardan daha coxdur. Ona görə də artıq Türkiyənin həm ictimai, həm də siyasi həyatında lazımınca fəaliyyət göstərməyin zamanı gəlib, hətta deyərdim ki, keçib. Azərbaycanlıları bu ölkədə təmsil edən şəxslərə ehtiyac coxdur. Bir misalda çəkim: necə olur ki Türkiyə Məclisində 3 erməni millət vəkili otura bilir, amma bir dənə də olsun azərbaycanlı millət vəkili yoxdur. Bax ele problem də burdan irəli gəlir və biz yenə də öz düşmənlərimizdən geri qalırıq, özü də bizə qanımızla, dilimizlə, dinimizlə, millətimizlə ən yaxın olan ölkədə. Bizim dövlət buna ciddi yanaşmalıdır, bu məsələlər dövlətin xarici siyasətində böyük yer tutmalıdır. Əlbəttə ki, hər xırda məsələni dövlətin boynuna yükləmək də olmaz. Bizim bir vətəndaş olaraq özümüzdə də çox günah var. Bu, ən başlıcası bir- birimizi sevməməyimizdir. Burda, hər kəs özü üçün çalışır. Mən bunu tam açıq deyirəm. Lakin bütün neqativ xasiyyətlərimizi bir kənara qoyaraq mən həm dövlət işçilərimizi, həm ziyalı insanlarımızı və bütünlükdə azərbaycanlılarımızı öz millətimiz, bərabərliyimiz və gələcəyimiz üçün birləşib Azərbaycan üçün calışmağa səsləyirəm. Biz nə gədər bir olsaq, basılmaz Vətən!!!!

 

Versus.Az

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür