Fransada 15 min dövlət məmuru vəzifəsinin ləğvi gözlənilir

23:09 24-07-2019 | icon 397 | Dünya
Fransada 15 min dövlət məmuru vəzifəsinin ləğvi gözlənilir

Fransanın Fəaliyyət və dövlət hesabları naziri Jerald Darmanən 2022-ci ilə qədər 15 min dövlət məmuru vəzifəsinin ləğv olacağını bildirib.

Versus.Az Azərtac-a istinadən bildirir ki, həmçinin yerli özünüidarə orqanlarında 70 min vəzifənin ləğv edilməsi ilə bağlı vədə əməl olunacaq. Eyni zamanda, 2020-ci ildə Fransada iki min məmur vəzifəsinin ləğv olunacağı və bunun əksəriyyətinin İqtisadiyyat və Maliyyə Nazirliyini əhatə edəcəyi vurğulanıb.

 

Bu gün Fransa Milli Assambleyasının sessiyasında da "dövlət qulluğunda islahatlar" adlı yeni qanun layihəsi qəbul edilib. Yeni qanun 2020-ci il yanvarın 1-dən etibarən tətbiq ediləcək. Qanun dövlət (44 faiz), yerli özünüidarə orqanları (35 faiz) və xəstəxanalar (21 faiz) olmaqla 5.5 milyon dövlət qulluqçusuna şamil olunur.

 

Qeyd edək ki, 2017-ci ildə Fransa prezidentliyinə namizədliyi zamanı Emmanuel Makron mandatı müddətində 50 min dövlət qulluğu vəzifəsinin ləğv olunacağını vəd etmişdi.

Dövlət qulluğu üzrə dövlət katibi Olivye Düssot isə 2022-ci ilədək bu qədər vəzifənin ləğv edilməsinin çətin olacağını bildirib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili