AXH: Hakimiyyətdən bu cür siyasətinə son qoymasını tələb edirik
AXH Gəncə hadisələri ilə əlaqədar həbs olunmuş şəxslərin işgəncələrə məruz qalmaları və istintaq işinin ədalətli aparılmamasına dair etiraz BƏYANATI verib.
AXH Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsindən Versus.Az-a verilən məlumata görə, Bəyanatda deyilir:
"Təəssüflə qeyd olunmalıdır ki, hazırkı Azərbaycan hakimiyyəti heç bir qanuna sığmayan, bəşəri dəyərləri nəzərə almayan siyasət yürüdərək, dinc, günahsız insanlara qarşı repressiv siyasətini davam etdirir, insanlar heç bir əsas olmadan şərlənib həbs olunur, ağır işgəncələrə məruz qalır və müəmmalı şəkildə qətlə yetiririrlər!
Ötən ilin iyul ayında Gəncədə baş vermiş ixtişaşlar nəticəsində həbs olunmuş şəxslərə qarşı törədilən işgəncələr və heç bir məhkəməsiz qətlə yetirilən 8 nəfərin talehinə qarşı biganəlik də məhz bu qəbildən olan məsələlərdəndir. Son dövrlər isə Gəncə hadisələri ilə bağlı aparılan ədalətsiz məhkəmələr, həbs olunmuş şəxslərin valideynlərinin ədalətli məhkəmə tələbləri, övladlarının günahsız olmaları ilə bağlı ah nalələri artıq ərşə qalxıb!?.
Azərbaycanın ictimai siyasi gündəmini bu və buna bənzər hadisələr demək olar ki, zəbt edib. Azərbaycanda həbsdə olan 100-ə yaxın siyasi məhbusun siyahısına, Gəncə hadisələrində günahsız həbs olunmuş şəxlərin də adlarının salınması artıq reallaşmaqdadır! Bu isə onsuz da çox zəif olan beynəlxalq imicimizə zərbə vurur və bu cür addımlar davam etməkdədir.
Acınacaqlı haldır ki, mövcud hakimiyyətin vətəndaşlara qarşı amansız və qeyri insani münasibətləri davam etməkdədir. Hakimiyyət daxilində sanki belə repressiv siyasəti bilərəkdən həyata keçirmək istəyən böyük bir şəbəkə var! Bu şəbəkə Azərbaycanımızı nüfuzdan salmağa dövlət vətəndaş qarşıdurması yaratmağa çalışır!?.
Gəncə hadisələri zamanı həbs edilmiş Aydın Qurbanovun həbsxanada dünyasını dəyişməsi, əlavə olaraq 2 nəfər polis zabitidə daxil olmaqla daha 9 nəfərin qətlə yetirilməsi də bu qəbildən olan müəmmalı proseslərin getməsinin göstəricisidir. Respublikanın Baş Prokrorluğu, Gəncə hadisələrinin araşdırılmasında qərəzli mövqe nümayiş etdirir, məhkəmə istansiyaları ədalətdən uzaq mövqe sərgiləyir, bu azmış kimi məhkumlara işgəncələr verməklə, onların törətmədikləri cinayətləri öz üzərlərinə götürülməyə məcbur olunurlar.
AXH olaraq Hakimiyyətdən vətəndaşlara qarşı həyata keçirilən repressiya, qanunsuz həbslər və işgəncə hallarını dayandırmağı, Gəncə ixtişaşları zamanı həbs olunmuş şəxslərin istintaqının ədalətli araşdırılmasını, günahları olmayanların dərhal azad olunmasını tələb edir, bu işdə cinayət törətmiş şəxlərin tezliklə tapılıb cinayət məsuliyyətinə cəlb olunmalarını israr edirik.
AXH Azərbaycan Dövlətinin mənafeini hər şeydən üstün tutaraq bəyan edir ki, bu cür repressiv siyasət ölkəmizin beynəlxalq imicinə daha da ağır zərbələr vurur, demokratiyanın bərqərar olmasına əngəllər törədir, Dövlət-vətəndaş qarşıdurması yaratmaqla Azərbaycanımızın Müstəqilliyini təhlükəyə atır. Biz AXH olaraq belə hallara qarşı mübarizənin önündə olan bir təşkilat kimi mövcud hakimiyyətdən bu cür siyasətinə son qoymasını tələb edirik".
Versus.Az
Xəbər lenti
Bayram günü Bakıda və bölgələrdə gözlənilən hava PROQNOZU
Küləyin sürəti 15 m/saniyəyə çatacaq