Tarixin ən ağır cəzası
UEFA “Skenderbeu”ya tarixin ən ağır cəzasını verib.
Versus.az xəbər verir ki, qitənin ali futbol qurumu Albaniya təmsilçisini oyun alqı-satqısı səbəbindən cəzalandırıb.
2011-ci ildən bu yana müxtəlif yarışların nəticəsini qanunsuz üsullarla müəyyənləşdirən kluba 10 il Avropa kuboklarından kənarlaşdırılma və 1 milyon avro pul cəriməsi kəsilib.
Həmçinin “Skenderbeu”nin 2015/16 mövsümündəki çempionluğu da ləğv edilib. Bu, bir Avropa klubuna verilən ən ağır cəza kimi tarixə düşüb.
Qeyd edək ki, klub prezidenti Ardian Takay Avropa Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcəyini bildirib.
Xəbər lenti
Uşaqların siqaret çəkməsi ilə bağlı ciddi XƏBƏRDARLIQ
Satış yerlərinin məhdudlaşdırılmasını və aromatizatorların...