Şahmar Ələkbərovun 76 illiyinə

20:29 23-08-2019 | icon 419 | Mədəniyyət
Şahmar Ələkbərovun 76 illiyinə

Heç nə, heç kim bu dünyada əbədi deyil. Bütün tikililərin sonu xaraba, əşyaların axırı tullantı, canlıların aqibəti ölümdür. Amma tarixə çevrilən hər nə, hər kim varsa unudulmur. O da Azərbaycanın kino tarixində unudulmazlıq qazanan insanlardan biridir. İyirmi yeddi ildir ki, aramızda yoxdur. Fəqət yaşadığı qırx səkkiz ildə elə bir yol keçib ki, hər iki dünyanın rəhmətinə qovuşa bilib. Kino tariximizdə yaratdığı obrazlarla tarixləşən, xalq artisti Şahmar Ələkbərovu deyirəm...

 

O, 1943-cü ildə Gəncədə dünyaya gəlmişdi. Atası əslən cəbrayıllı Zülfüqar kişi, anası Tiflis əsilli İzulət xanım idi. Şahmar orta məktəbi 15 yaşında Bakı şəhərində başa vurub, Azərbaycan Dövlət Teatr İnstutunun dram və kino aktyorluğu fakültəsinə qəbul olunub. 1964-cü ildə oranı müvəffəqiyyətlə bitirərək Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aktyor kimi əmək fəaliyyətinə başlayıb.

 

...Ömür-gün yoldaşı teatrşünas Kamilə Ələkbərova idi. İki ekiz qızı var: İzulət və Ləman. Uzun illərdir ki, xaricdə yaşayırlar. İzulət xanımın həyat yoldaşı Fuad İsgəndərov Azərbaycanın Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycanın Avropa İttifaqı yanında nümayəndəliyinin başçısıdır...

 

Şahmarın kino səlnaməsi "Dağlarda döyüş" filmindən başlayıb. Sonuncu çəkildiyi "Qəzəlxan" filminə qədər bir sıra yaddaqalan obrazlar yaradıb. 1976-cı ildə əməkdar artist, 1989-cu ildə isə xalq artisti fəxri adlarına layiq görülüb...

 

Ömrünün son yeddi ilini çox ağrılı keçirib. Stomatoloqda dili zədələndiyindən ağzında bəd xassəli şiş yaranmışdı. 1992-ci ildə Almaniyanın Hamburq şəhərində müalicə olunsa da nəticə uğursuz olub, orada bir çarə tapılmayıb. Və 12 avqust 1992-ci ildə, 48 yaşında ikən dil xərçəngindən vəfat edib...

 

Avqustun 23-ü onun doğum günüdür. Yaşasaydı 76 yaşı tamam olacaqdı. Amma cismən aramızda olmasa da o, hələ də yaratdığı obrazlarda yaşayır. Bəli, əməlləri ilə tarixə çevrilən insanlar heç vaxt unudulmurlar. 
Mövludun mübarək, Şahmar Ələkbərov!

 

Elman Eldaroğlu

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı artmaqda davam edir”

Qardaş ölkə və strateji tərəfdaş

Xarici kəşfiyyat orqanlarının şəbəkələri AKTİVLƏŞİB

“Azərbaycana qarşı qərəzli mövqeləri ilə Ermənistanı şirnikləndirmək istəyirlər”

“Makronda beynəlxalq hüququ dəstəkləyən siyasi şüur yetərli deyil”

“Müqavilənin vaxtı bitib” adı altında işdən azad olunanlar...

"Həmən 80 manat cərimələmək doğru yanaşma deyil"

"Laçınsız günlər" xatirə gündəlikdən - 1988-ci ilin noyabr ayı

Prezidentin XI Qlobal Bakı Forumunu əhəmiyyətli edən çıxışı

MMP Parlament partiyası ola bilər

MDU və AHBVÜ-nün təşkilatçılığı ilə 5-ci beynəlxalq elmi konfrans keçiriləcək

“Koroğlu”dakı Nəqliyyat Mübadilə Mərkəzi söküləcək?

Rusiya Fransanı ciddi qəbul etmir?

Ramazan ayının dördüncü gününün imsak, iftar və namaz vaxtları

Bu qadınlar pensiyaya daha tez çıxa biləcəklər