"Əli Kərimlinin partiyada fəalları sıxışdırmaq siyasəti bu gün də davam edir"

14:45 03-09-2019 | icon 834 | Siyasət
"Əli Kərimlinin partiyada fəalları sıxışdırmaq siyasəti bu gün də davam edir"

"Olduqca qeyri-ciddi bir yanaşmadır. Çünki hər kəs yaxşı bilir ki, Azərbaycan Xalq Cəbhəsi Partiyası məhz Əli Kərimlinin fəaliyyəti nəticəsində 4 yerə parçalanıb".

 

Bunu Versus.Az-a müxalifətdaxili ziddiyyətlərdən danışan AXH üzvü Həsən Həsənovun parçalanmalar prosesində əsas iştirakçı kimi Razi Nurullayevin adını hallandırmasına cavab olaraq AXCP sədr müavini Ehtiram Mehdiyev bildirib.

Sədr müavini vurğulayıb ki, Elçibəy AXCP sədri olduğu dönəmdə Əli Kərimli ona rəqib olmaq iddiası ilə partiyanı ələ keçirmək istəmişdi:

 

"Hətta Kərimlinin bu niyyəti partiyanın daxilində toqquşmalara səbəb oldu. Sirr deyil ki, AXCP-nin parçalanmasında və zəifləməsində təşkilatın daxilində gizli fəaliyyət göstərən "Yurd" qrupunun xüsusi rolu olub. Və bu qrupun başında Əli Kərimli dayanırdı. Xalq hələ Kərimlinin AXCP daxilində Elçibəyin mövqeyini üstələyəcək bu niyyətini yaddan çıxarmayıb".

 

E.Mehdiyev qeyd edib ki, Elçibəyin vəfatından sonra partiya daxilində çəkişmələr daha da dərinləşmişdi və Əli Kərimli mövqeyini gücləndirməyə çalışırdı:

 

"Kərimlinin bu niyyətini qəbul etməyən cəbhəçilər partiyanı tərk etməyə başladılar. AXCP-də olan tanınmış simalar, hətta Kərimlinin ən yaxın dostları belə partiyanı tərk edib öz təşkilatını yaratdılar. Kərimlinin partiya daxilində diktatura hesabına rəhbərliyi qoruyub-saxlamaq, fəalları sıxışdırmaq siyasəti bu gün də davam edir. Seçkilərdə siyasi uğursuzluq, passiv müxalifətçilik fəaliyyətini görən cəbhəçilər 2015-ci ildə Razi Nurullayevin ətrafında birləşdilər. Məqsədimiz və siyasi amalımız Kərimlinin istefasını və partiyanın təşkilati strukturlarının yenidən formalaşması tələbini irəli sürmək idi. Amma Kərimli diktatura mövqeyindən geri çəkilmədi. Biz Razi Nurullayevin rəhbərliyi ilə müasir Azərbaycan tarixində müstəsna rolu olan bir təşkilatı yenidən xalqa qaytardıq. Bu gün AXCP Razi Nurullayevin sədrliyi ilə kəmiyyət və keyfiyyətcə özünün yeni mərhələsinə qədəm qoyub. Biz AXCP olaraq şəffaf siyasət sərgiləyən bütün partiyalarla əməkdaşlıq edirik. Ölkədə sivil müxalifətin birliyinə ehtiyac var. Yalnız bu birlik siyasi dəyişikliyə səbəb ola bilər".

 

GÖZƏL
Versus.Az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür