5 min illik kurqan tapılıb

11:24 06-09-2019 | icon 60 | Maraqlı
5 min illik kurqan tapılıb

Yardımlı rayonunun Kürəkçi kəndi ərazisindəki kurqanlarda arxeoloji qazıntılar aparılır.


Versus.Az xəbər verir ki, Yardımlı rayonu ərazisində kurqanların tədqiqatına son illərdə başlanılıb. Komanı, Sarıbulaq, Şahnişin yaylaqlarında yüzlərlə kurqan abidələri mövcuddur. Artıq ərazidə 5-dən artıq kurqan tədqiq olunub. Yarımköçəri maldar tayfalara məxsus bu kurqanlar Erkən Tunc dövründən başlayaraq tarixin müxtəlif mərhələlərini əks etdirir.

 


Komanı yaylağı deyilən, dəniz səviyyəsindən 2100 metr yüksəklikdə yerləşən ərazidə Erkən Tunc dövrünə aid növbəti kurqan qazılır. Qazıntısı aparılan kurqan ortaölçülüdür, dərinliyi təxminən 2 metrə yaxındır. Kür-Araz mədəniyyətinə aid 5000 illik tarixi olan kurqandakı insan üzü cənub-qərb istiqamətinə az yarımbükülü vəziyyətdə dəfn edilib. Ümumiyyətlə araşdırılan fərqli ölçülü kurqanlarda müxtəlif dəfn adətlərinə rast gəlinir. O cümlədən, dəfn edilən insanın ətrafına qoyulmuş əşyalar da müxtəlifdir. Misal üçün, son tədqiq olunan kurqandan tapılan heyvan cəmdəyi axirət dünyasına inamla bağlıdır.

 


Həmin dövrdə yaşayan insanlar ölən şəxsin o biri dünyada bununla qidalanacağına inanıblar. Yeni kurqanın qazıntısı zamanı həmçinin sümükdən hazırlanan iy başlığı tapılıb. Bu da məhz ipəyirmə sənətində istifadə olunan əşyadır və onun tapılması bir daha sübut edir ki, bölgədə maldarlıq təsərrüfatı geniş şəkildə yayılıb.

 


Arxeoloji ekspedisiyanın rəhbəri, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadə bildirib ki, bütün bu araşdırmalar bölgənin tarixinin çox qədim, zəngin olmasını deməyə əsas verir. Arxeoloji tədqiqatların əsas məqsədi erkən tunc dövründən başlayaraq yüksək dağlıq ərazilərdə insanların məskunlaşması və bu ərazilərin onlar tərəfindən necə mənimsənilməsi faktını ortaya qoymaqdır. Yardımlının dağlıq ərazilərindən sonra aran hissəsində olan abidələrin tədqiqinə başlanılacaq və çox güman ki, qədim maldar əhalinin düzən ərazilərdə yaşayış yerləri aşkar ediləcək.

 


Qeyd edək ki, son kurqandan aşkar edilmiş insan skeletinin bundan sonra antropoloji tədqiqatı aparılacaq. Antropoloqlar tərəfindən kurqanda dəfn edilənin cinsiyyəti və bölgədə yaşamış qədim insanların antropoloji tipi müəyyən ediləcək.

 

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qiraətçi Məleykə Alıoğlunu Universitetdən niyə uzaqlaşdırdılar?! - ŞİKAYƏT /VİDEO/

Müstəqilliyimizi rusa-erməniyə satan xainləri Fəxri Xiyabanda əzizləyirik

"Ayrı-seçkilik yaxşı deyil və gərək nəticəsinə də qatlanasan"

Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü ilə bağlı tədbir keçirilib - FOTOLAR

Partiya sədri dahi sənətkara qarşı unutqanlıqdan danışdı

“Kimsə Rusiyaya açıq dəstək verəcəksə, onun qarşısını alacağıq” – MÜSAHİBƏ/VİDEO

"Bu ayrıseçkilik göstərir ki, hakimiyyət səmimi deyil"

Prezident sərəncam imzalayıb

Rəşad Atakişiyevin məzarı üzərindən məktub tapıldı /VİDEO/

“Revmatik qızdırma ürəyi zəbt etmədən onu müalicə etmək lazımdır”

Deputat İbtidai Sinif Müəllimlərinin 2-ci Təhsil Forumunda çağırış edib

6 rayon Təhsil Şöbəsinin rəhbəri vəzifəsindən kənarlaşdırılıb

"Dialoqun mövzusu, dialoqa çağıran şəxsin səlahiyyəti olmalıdır"

AŞPA prezidenti və məruzəçinin səfərindən gözləntilər

“Avropa Birliyi yaxın gələcəkdə dağılacaq”