Deputat Tovuzda fəal gənclərlə görüşüb

18:22 07-09-2019 | icon 413 | Siyasət
Deputat Tovuzda fəal gənclərlə görüşüb

Millət vəkili Qənirə Paşayeva Tovuzda fəal gənclərlə görüşüb və ölkəmizin daha da inkişafı istiqamətində gənclərin üzərinə düşən vəzifələr barədə geniş fikirlər söyləyib.

 

Versus.Az-ın məlumatına görə, millət vəkili bildirib ki, gənclər zamanlarının xeyli böyük bir hissəsini sosial şəbəkələrdə çox zaman lazımsız, mənasız əyləncələrə sərf edirlər:

 

“Bu, hamımızı ciddi narahat etməlidir. Uşaqların və gənclərin doğru istiqamətləndirilməsi istiqamətində ailələrlə bərabər, məktəb və bütün cəmiyyətin üzərinə böyük vəzifələr düşür. Geniş maarifləndirmə önəmlidir. Bu məsələdə fəal gənclərin üzərinə böyük vəzifələr düşür”.

 

Q.Paşayeva gəncləri həqiqətlərin dünyaya daha geniş yayılmasında sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyə çağırıb. O, gənclərimizi sosial şəbəkələrdə keçirdikləri zamanı əylənməyə deyil, oxumağa, öyrənməyə, Azərbaycanın təbliğinə, Qarabağ həqiqətlərinin daha çox yayılmasında iştirak etməyə və ölkəmizə qarşı yalan, böhtan kompaniyalarına qarşı mübarizəyə sərf etməyə çağırıb:

 

“Dövlətin, millətin inkişafı gənclərlə bağlıdır. Azərbaycanın güclənməsi xalqımızın güclənməsi deməkdir. Gənclərimizə tövsiyyə edərdim ki, dil bilgilərindən yararlanaraq Azərbaycanın haqq səsini sosial media vasitəsilə dünyaya daha fəal çatdırsınlar”.

 

Q.Paşayeva dövlətçiliyimizin möhkəmlənməsi və inkişafında gəncliyin rolundan geniş bəhs edib. O, şagirdləri yaxşı təhsil almağa, xalqımız, dövlətimiz naminə gələcəkdə səmərəli fəaliyyət göstərmək üçün hazırlaşmağa səsləyib. Erməni diasporu, lobbisi və dəstəkçilərinin Azərbaycan əleyhinə təbliğat apardığını deyən millət vəkili bütün gəncləri duyarlı olmağa, yalanlara qarşı mübarizəyə səsləyib, gəncləri sosial media üzərindən yalan məlumatlarla Azərbaycan əleyhinə təbliğat aparanlara qarşı ciddi mübarizəyə səsləyib:

 

“Harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı Azərbaycanın yanında olmalı, həqiqətlərin dünyaya daha geniş çatdırılması üçün çalışmalıdır Gənclər daha çox oxumalı, mütaliəyə etməli, öyrənməli, daxili dünyalarını zənginləşdirməlidir. Ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağa meyilli olması əsas şərtdir. Bir insanın inkişafı və gələcəyində onun təhsili, bir peşə sahibi olması çox böyük önəm daşıyır. Uşaqlarımız oxumağa, öyrənməyə, bir peşə sahibi olmağa daha çox meyilli olmalıdırlar”.

 

Qənirə Paşayeva onlara özəlliklə tariximizlə bağlı kitabları və Azərbaycan ədəbiyyatını daha geniş mütaliə etməyə səsləyib. Millət vəkili bildirib ki, hansı peşənin sahibi olmasından asılı olmayaraq hər bir insan öz ölkəsinin və millətinin tarixini də dərindən bilməlidir.

Gəncləri xarici dillərlə də xüsusi maraqlanmağa zaman ayırmağa çağıran Q.Paşayeva gəncləri maraqlandıran sualları da cavablandırıb. Kitabı ən qiymətli hədiyyə adlandıran millət vəkili tədbirin sonunda gənclərə Azərbaycan tarixini özündə əks etdirən önəmli kitablar hədiyyə edib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür