"İqtidarla əlaqəsi olan partiyanın böyük qərargahı olar"

13:50 10-09-2019 | icon 436 | Siyasət
"İqtidarla əlaqəsi olan partiyanın böyük qərargahı olar"

“Qaragüruhçular tez-tez bizim iqtidarla əlaqəmizin olduğunu yazırlar. Guya hansısa dairələrə xidmət edirik. Hər kəs yaxşı bilir ki, digər müxalifət partiyaları kimi biz də müəyyən təzyiqlər altında fəaliyyət göstəririk. Müxtəlif bəhanələr edərək partiyanı fəaliyyət göstərdiyi kiçik qərargahdan da çıxartdılar”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Ehtiram Mehtiyev deyib.

Onun sözlərinə görə, partiyanın yeni qərargahı digər müxalifət partiyalarının ofisindən çox kiçikdir:

 

“Xeyli müddət idi ki, qərargahsız qalmışdıq. Uzun axtarışdan sonra özümüzə kiçik bir qərargah tapa bildik. Bu, Müsavat Partiyasının qərargahından 5 dəfə, Ümid Partiyası və ReAlın ofisindən 2 dəfə kiçikdir. İqtidarla əlaqəsi olan partiyanın geniş imkanlara malik böyük qərargahı olar. Üzvlərinin də sosial problemləri olmaz, hərəsi bir dövlət orqanlarında çalışar. Bəlkə də yeganə partiyayıq ki, partiyanın sədr müavini olaraq mən də dxil olmaqla, üzvlərimizin 90 faizi evsizdir. İqtidarla əlaqəsi olan partiyada belə problemlər olarmı? Dəfələrlə partiyamızın təmərküzləşməsi, strukturlaşması üçün bölgələrdə keçirdiyimiz tədbirlərə hakimiyyət sərt müdaxilə edib. Üzvlərimiz hədələnib, işdən çıxarılıb. Amma bu təzyiqlər mübarizə əzmimizi aşağı salmayıb”.

 

AXCP-nin hər zaman ölkənin və xalqın taleyüklü məsələlərinə həssas yanaşdığını vurğulayan E.Mehtiyevin sözlərinə görə, partiya konstruktiv müxalifətçilik mövqeyinə sadiqdir:

 

“İlk günlərdən inqilaba, xaosa çağırış, radikal mübarizə taktikası siyasi kursumuzdan uzaq olub. Yalnız seçki yolu ilə hakimiyyət dəyişikliyinin tərəfdarı olmuşuq. Sivil mübarizəni əsas prinsip olara qəbul hesab etmişik. Ölkədə baş verən məmur özbaşınalığına, rüşvətə, korrupsiyaya, sosial problemlərə heç zaman biganə yanaşmamışıq. Digər partiyalardan daha sərt mövqe tutmuşuq. Əgər iqtidarı tənqid etmək hakimiyyətlə əlbir olmaq deməkdirsə, o zaman bu ölkədə ən böyük satqın elə Əli Kərimlinin özüdür. Əli Kərimli hər zaman birincilik uğrunda mübarizə aparıb. Müxalifətdaxili çəkişmələrin başında da qeyd-şərtsiz Əli Kərimli dayanır. Onun üçün şəxsi maraqlar ölkənin və xalqın mənafeyindən üstün sayılır. O, ətrafında olan ən etibarlı adamını gözünü qırpmadan həbs etdirib sıradan çıxara bilər. Bu səbəbdən də heç kim onunla birgə uzun müddət bir yerdə ola bilmir”. /Cebhe.info/

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür